Ölkəmizə gətiriləcək ilk ikimərtəbəli qatarlar
Tarix: 21.05.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavoduna olub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, zavodla tanışlıq zamanı “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler onun fəaliyyəti haqqında ətraflı məlumat verib: "Stadler Minsk" zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda "Aeroekspress" dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub ki, ilk bu tip ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb".
"Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.
Sonra C.Qurbanov “Stadler Minsk” zavodunda Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.
Mayın 24-də KİSS markalı iki ikimərtəbəli elektrik qatarı yola salınacaq. Qatarlar iyunun 2-də Azərbaycana çatacaq.
Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Mayın 13-də Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması ilə bağlı saziş imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info