Metropolitendə “Bakı-2015”lə bağlı treninqlər
Tarix: 21.05.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı Bakı metropolitenində həm xarici qonaqlara, həm də yerli sərnişinlərə lazımi xidmət göstərmək üçün elan olunan könüllülərin seçimi başa çatıb. Bakı Metropoliteninin müvafiq stansiyalarına təhkim olunacaq 90-a yaxın könüllülərin bilik və bacarığının artırılması məqsədilə treninqlərə start verilib. Treninqlər zamanı bütün könüllülərin iş qrafiki, xidmət intizamı barədə müfəssəl təlimatlandırılması, siyasi baxışından, milli mənsubiyyətindən, irqindən, cinsindən asılı olmayaraq bütün sərnişinlərlə onlar üçün vacib olan davranış qaydaları barədə geniş məlumat verilir.
Treninqlər aşağıdakı istiqamətlərdə aparılır:
-Milli-mədəni irs, tarixi-etnoqrafik məlumatlar nəzərə alınmaqla Azərbaycan və Bakı şəhəri haqqında, paytaxtın tarixi yerləri barədə ətraflı bilgilərin verilməsi;
-Paytaxtda keçiriləcək olimpiya oyunları obyektlərinin dəqiq ünvanları, bu obyektlərə istər metro stansiyaları, istərsə də digər ictimai nəqliyyat vasitələri ilə yetişmək barədə, tamaşaçıları həmin obyektlərə yetişdirəcək xüsusi avtobusların hərəkət saatları haqqında, həmçinin metro daxilində bələdçiliklə, hərəkət istiqamətləri, hərəkət qrafikləri, qatarlararası intervallarla bağlı müfəssəl bilgilər;
-Metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmi, ödənişin həyata keçirilməsi, turniketdən keçid qaydası barədə ətraflı bilgilər, eyni zamanda müvafiq metro stansiyalarının rəhbər işçiləri ilə əlaqə imkanlarının başa salınması;
-Yanğın, ictimai təhlükəsizliklə bağlı, təhlükəsizlik texnikası, ilkin tibbi yardımın göstərilməsi ilə əlaqədar, həmçinin digər fövqəladə hallar zamanı zəruri olan hərəkət və bilgilər;
-Könüllülər üzərində “Ask me” yazısı olan köynək (mayka), papaq, üzərində “Ask me” yazısı olan bayraqcıq, metropolitendən imtiyazlı istifadə imkanı verən vəsiqə, müvafiq metro stansiyasının vəzifəli şəxsləri ilə əlaqə yaratmaq üçün telefon nömrələri ilə, paytaxtın sxemi, metro xətlərinin müfəssəl sxemi, metroda kartın alınması, balansa yükləmə mexanizmini, ödənişi həyata keçirməyi, turniketdən keçid qaydasını özündə əks etdirən yaddaş kitabçası ilə təmin olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info