Muxtar respublikada ümumi daxili məhsul istehsalı artıb
Tarix: 21.05.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Muxtar respublikada cari ilin yanvar-aprel aylarında 622 milyon 901 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5,6 faiz artaraq 1414,4 manata çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 296 milyon 656 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyib.
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-aprel ayları ərzində əsas kapitala 313 milyon 378 min manat həcmində investisiya yönəldilib. Bu da bir il öncəki göstəricidən 2,8 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyaların 270 milyon 245 min manatı və ya 86,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Bu ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 595 min manat olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 953 min manat olmaqla, bir il öncəki göstəricini 0,9 faiz üstələyib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info