Gənc kikboksçular İsmayıllıda bir araya gələcək
Tarix: 21.05.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən 26-27 may 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası kikboksinq üzrə Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyi keçirəcək. Bu barədə Kikboksinq Federasiyasından məlumat verilib. "İsmayıllı" Olimpiya Kompleksində baş tutacaq yarış “narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında həyata keçiriləcək. Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi yarışların yeniyetmələr və gənclər arasında kikboksinq idman sahəsinə marağın yaranmasına səbəb olduğunu qeyd edib. “Məqsəd gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, narkomaniyaya “yox” demək və gənclərin pis vərdişlərdən uzaq durmasına kömək etməkdir. Cənab Prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq. Eyni zamanda, qarşıdan gələn “Bakı-2015” I Avropa Oyunları haqqında məlumatlar veriləcək”, - deyə federasiya rəhbəri bildirib. Xatırladaq ki, komandaların gəlmə və çəki günü 25 may 2015-ci il tarixində saat səhər 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında (Ünv: Tofiq Bəhrəmov adına Respublika stadionun yanı) baş tutacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info