“1in”: “Rusiya öz qanunvericiliyini Ermənistanda da tətbiq edəcək”
Tarix: 21.05.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Rusiya hakimiyyətinin çoxsaylı mesajlarını nəzərə alsaq, Ermənistan onlar üçün Rusiya ərazisi sayılır”

Rusiyanın öz qanunvericilik yanaşmalarını Ermənistanda da tətbiq etməsi və yayması ilə bağlı böyük təhlükə var. Bu barədə ermənilərin “1in” saytı təlaşla yazır. Yazıda daha sonra qeyd edilir: “Rusiya Dövlət Duması arzuolunmaz qeyri-kommersiya qurumları, daha doğrusu arzuolunmaz ictimai təşkilatlarla bağlı qanun qəbul edib. Artıq belə bir formulun mövcud olması, özlüyündə çox qəribədir. Qanun Rusiya konstitusional nizamı, müdafiəsi, təhlükəsizliyi üçün təhlükə saydığı qeyri-kommersiya təşkilatlarını arzuolunmaz sayır. Bu təşkilatlara daxil olan vətəndaşları böyük pul cərimələri gözləyir. Hesab edirik ki, Rusiya hakimiyyətinin özü üçün siyasi və mülki təhlükə kimi gördüyü istənilən təşkilat arzuolunmaz təşkilat elan edilə bilər.
Yəni belə bir təhlükə görüldüyü şəraitdə və yaxud kiçik narazılıqlar yarandıqda, Rusiya hakimiyyəti üçün müvafiq təşkilatın fəaliyyətində hansısa təhlükə tapmaq çətin olmayacaq.
2013-cü ilin sentyabrından de-fakto, 2015-ci ilin yanvarındn isə de-yure olaraq vahid Avrasiya İqtisadi Birliyi məkanının üzvü olan Ermənistan üçün bu cür qanunlar xüsusi parlaqlıqla görünür. Xüsusilə də Rusiyanın güclü nüfuzu altında olan Ermənistan, Rusiya üçün həyati maraq ərazisi sayılır.
Rusiyanın indiki hakimiyyətinin çoxsaylı birbaşa və dolayı mesajlarını nəzərə alsaq, Ermənistan onlar üçün Rusiya ərazisi sayılır. Bu isə ondan xəbər verir ki, Rusiyanın özünün qanunvericilik yanaşmalarını Ermənistanda da tətbiq etmək təhlükəsi olduqca yüksək və real dərəcədədir. Bunun üzərinə Rusiyanın Ermənistandakı səfirinin və Rusiyanın təhsil nazirinin bəyanatlareını da gəlmək lazımdır.
Ermənistandakı Rusiya səfiri Volınkin bəyan edib ki, bir neçə ay bundan qabaq verdiyi müsahibəsindəki sözlərindən imtina etmir. O demişdi ki, xaricdən maliyyələşən və Rusiya-Ermənistan dostluğuna zərbə vurmağa çalışan ictimai təşkilatlarla bağlı məsələni həll etmək lazımdır. Budur, mayın 9-da qələbə günündə verdiyi açıqlamada, səfir bu fikirlərindən imtina etmədiyini bildirib.
Bir neçə gün öncə Ermənistanda Bolonya təhsil deklarasiyası ilə bağlı sammit çərçivəsində səfərdə olan Rusiya təhsil naziri isə bəyan edib ki, onların hesablamalarına görə, Ermənistanda 2 mlyon 900 min nəfər adam yaşayır, onların 2 milyonu rusca danışır, ona görə də onlar üçün müvafiq şərait yaradılmalıdır.
Beləliklə, Rusiyada QHT-lərlə bağlı tətbiq olunacaq qanunların Ermənistanda da tətbiq olunacağı ilə bağlı ehtimallar, bütün bu bəyanatlara görə də çox yüksək hesab edilir. Təsəvvür etmək çətindir ki, Ermənistan hakimiyyəti Rusiyanın bu niyyətinə və tələblərinə hansısa müqavimət göstərə biləcək. Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti, dərin planda, Moskva üçün arzuolunmaz mövqedə qalmaqdan uzaqdır”.
Əlavə edək ki, qeyd edilənlər bir daha göstərir ki, Ermənistan reallıqda bir dövlət deyil, sadəcə bütün məsələlərdə Rusiyadan asılıdır. Bu ölkə sadəcə, Rusiya dövləti tərəfindən Rusiyaya məxsus bir ərazi hesab edilir. Təsadüfi deyil ki, Ermənistan dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən forpost ölkə hesab edilib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info