“Bütün tələbləri yerinə yetirməyə hazırıq”
Tarix: 22.05.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Neftçala" klubu cari mövsüm birinci divizionun çempionu olsa da, Premyer Liqada iştirak etmək üçün lisenziya ala bilməyib. Çatışmazlıqları aradan qaldırmaq üçün 10 gün vaxt verilsə də, Neftçala təmsilçisi bu müddət ərzində apelyasiya şikayəti verməyib. Komandanın baş məşqçisi Kamal Quliyev məsələyə aydınlıq gətirib.
O, "Neftçala"nın Premyer Liqada iştirak edəcəyinə inandığını deyib: "Çox narahatıq. Səbirsizliklə gözləyirik. Bizə verilən məlumata görə, bu işə mayın 22-də yenidən baxılacaq. Ümid edirik ki, lehimizə qərar veriləcək". "Apelyasiya şikayəti verilməyibsə, sizin xeyrinizə necə qərar çıxarıla bilər" sualını K.Quliyev belə cavablandırıb: "Düzdür, rəsmi şəkildə müraciət etməmişik. Amma hər bir sənədimiz qaydasındadır. Bəzi məsələlərə müraciətsiz də baxılır. Sadəcə, bizə bir "hə" deyilməlidir. Lisenziyalaşdırmanın bütün tələblərini yerinə yetirməyə hazırıq. Rəhbərliklə bu barədə tez-tez söhbətimiz olur. Bildiriblər ki, hər şeyə hazırıq".




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info