David Sanasaryan: “Sərkisyanlar ailəsi Ermənistanı talayır”
Tarix: 22.05.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Ermənistanda baş verən prosesləri təhlil edərək belə qənaətə gəlmək olar ki, kriminalın dövlətlə birləşdirilməsi elə miqyas alıb ki, bu ölkəni dünya nizamına təhdid kimi elan etməyin və onun ərazisində İnterpolun himayəsi altında xüsusi əməliyyat keçirməyin vaxtı çatıb”. Bu barədə Ermənistanın İrs Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryan "Facebook"dakı səhifəsində yazıb. Həmin yazını təqdim edirik:
Pul üstündə oturaraq, pul istəyirlər
“Ermənistan hakimiyyəti öz cibindən savayı, hər yerdə maliyyə vəsaiti axtarır. Müdriklərdən birinin dediyi kimi, “pul üstündə oturaraq, pul istəyirlər”. Bu sözlər hakimiyyətin bütün sisteminə aiddir. Bu sistemə Robert Köçəryan, Serj Sərkisyan, Ovik Abramyan, Qagik Tsarukyan, Qagik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Manvel Qriqoryan, həmçinin Ermənistanda indi və əvvəl hakimiyyətdə təmsil olunan, eləcə də böyük biznesdə iştirak edən məmurlar daxildir. Ermənistan hakimiyyəti sisteminin nümayəndələrinin şəxsi hesablarında (Ermənistanda və xaricdə açılan hesablarda) milyonlarla, bəlkə də milyardlarla vəsait toplanıb. Bu yaxınlarda xarici təşkilatlardan birinin araşdırmasında Ermənistanla bağlı deyilirdi ki, son 10-12 ildə Ermənistandan qanunsuz yolla 7,5 milyard dollar çıxarılıb.

Kriminal Ermənistanın əsas simalarından biri prezidentin qardaşı Aleksandr Sərkisyandır
Kriminal Ermənistanın hazırda əsas simalarından biri prezident Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyandır. O, ölkədə və xaricdə “Saşik 50 faiz” ləqəbi ilə tanınır. Ləqəbin yaranmasına səbəb onun açılan kommersiya obyektlərin sahiblərindən 50 faiz pay tələb etməsidir. Heç kəs onun təklifini geri çevirə bilməz. Ermənistanda elə kiçik cəlbedici biznes sahəsi yoxdur ki, Saşik ora burnunu soxmasın. Prezidentin qardaşının təklifindən imtina edənlər ya vəhşicəsinə döyülür, ya ölkədən qaçmaq məcburiyyətində qalır, ya da sadəcə öldürülür.
“Saşik” cinayətkar gəlirlərini leqallaşdırmağı da unutmur. O, xaricdə ev, restoran, mehmanxana, gecə klubları, şirkətlər alaraq həmin gəlirləri ölkədən çıxarmağa üstünlük verir. Bəzi məlumatlara əsasən, “Saşik” ABŞ-a təqribən 200 milyon dollar çıxarıb. Belə ki, o, 2005-ci ildə Kaliforniya ştatının Tarzana şəhərində 2,8 milyon dollara malikanə alıb. Hazırda onun qiyməti 3,5 milyon dollar qiymətləndirilir. “Saşik”in Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. Saşik İran və Birləşmiş Ərəb Əmirliklərinə qoyunların ixracı sahəsində inhisarçı kimi də tanınır. Daha əvvəl Ermənistanda qoyunçuluq yezidi kürdlərin ənənəvi fəaliyyət sahəsi hesab edilirdi. Görünür, yezidi kürdlər təzyiq altında təsərrüfatlarını prezidentin qardaşına vermək məcburiyyətində qalıblar. Ermənistana meyvə idxalı da onun firmalarının nəzarəti altındadır. İş o yerə çatıb ki, ölkənin yollarında quraşdırılmış kameralar və radarlar faktiki olaraq “Saşik”in mülkiyyətindədir.

Necə oldu ki, Dağlıq Qarabağdan olan sürücü Emənistanda insanları vəzifələrə təyin etməyə başladı?

“Saşik” deputat və oliqarx olmazdan əvvəl Qarabağda avtobus sürücüsü və qaz sahəsində texniki işçi kimi çalışıb. Vergi və hüquq-mühafizə orqanları ilə problemləri olan sahibkarlar “Saşik”ə müraciət edirlər. O da müəyyən məbləğ qarşısında onların istənilən problemini həll etməyə hazırdır. Onun səlahiyyətlərinə, həmçinin kadr siyasəti, o cümlədən Ermənistan və Dağlıq Qarabağda insanları bütün “çörəkli” vəzifələrə təyin etmək daxildir. Vaxtilə sürücü işləyən və qaz sayğaclarının quraşdırılması ilə məşğul olan “Saşik” kriminal dairələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa başladı. Onun narkoman oğlu Narek erməni “qanuni oğrular” arasında tez-tez görünür. “Saşik”in kriminal dairələrlə əlaqələri vaxtilə ABŞ hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. ABŞ-da iri erməni cinayətkar sindikatı olan “Erməni gücü”nün fəaliyyəti araşdırılarkən onun rəhbəri “Pzo” ləqəbli Armen Kazaryan həbs edilərək mühakimə edilmişdi. Mətbuatda bildirilirdi ki, Saşikin onunla müştərək biznesi var idi və “Pzo” vasitəsilə diaspordakı erməni cinayət aləminin nümayəndələri, eləcə də Rusiyadakı “qanuni oğrular”la əlaqə saxlayırdı. Görünür, “Saşik”in Ermənistan prezidentinin qardaşı olması faktı ona qarşı dosyenin açılmasına mane oldu.

“Saşik” Serjin real simasıdır - öz iştirakı ilə bunu həmişə xatırladır
“Saşik” xalqa “yaxın”dır. O, Serj Sərkisyandan daha “səmimi” və “düzgün”dür, çünki həm Qərb, həm Türkiyə, həm də Rusiya yönümlü olmağa çalışmır. O, yalnız pul yönümlüdür. Serj Sərkisyan iqtisadi zonalar barədə danışanda, “Saşik” tam mahiyyətilə nümayiş etdirir ki, bu, belə deyil. Prezident Ermənistan xalqının maraqları, demokratiya, insan haqları barədə danışanda “Saşik” xalqa ehyam edir ki, buna inanmaq lazım deyil. “Saşik” əməlləri ilə Ermənistan xalqına ismarıc göndərir ki, bu “Sərkisyanlar”a inanmaq olmaz, çünki onlar “Saşik”in özündən daha böyük “Saşik”lərdir.

Sərkisyanlar ailəsinin çirkli pullarını Vatikanda səfir olan kürəkən Minasyan “yuyur”
Prezidentin digər qardaşı Levon Sərkisyan İrəvan Dövlət Universitetində kafedra müdiri işləməklə yanaşı, elit tikinti sahəsinə nəzarət edir. Böyük dələduz kimi ad çıxaran Levon xarici şirkətlərə prezidentin qardaşı kimi təminat verərək onları ölkənin tikinti sahəsinə cəlb edir. Qurduğu dələduz sistem nəticəsində həmin xarici şirkət sonda əliboş qalır. Hazırda Ermənistan məhkəmələrində Levon tərəfindən aldadılmış şirkətlərin qaldırdığı 5 cinayət işinə baxılır. Sərkisyanlar ailəsinin çirkli pullarının yuyulmasında mühüm rol oynayan şəxslərdən biri də prezidentin kürəkəni olan Mikael Minasyandır. “Mişik” ləqəbli Minasyan 3 il əvvəl Vatikana səfir təyin edilib və əsas işi Sərkisyanlar ailəsinin çirkli pullarını Avropa banklarında yerləşdirməkdir. Ona bu işdə Ermənistanın Londondakı səfiri yardımçı olur. Ermənistan mediasının 80 faizinə də Minasyan nəzarət edir. Onun nəzarət sahəsinə “Panarmenian”, “Armenia TV”, “Hay TV”, “Tert.am”, “News.am”, “Blognews.am”, “Aasekose.am” kimi media qrupları daxildir”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info