“Latviya ilə əməkdaşlığı daha da gücləndirmək üçün çalışacağıq“
Tarix: 22.05.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Riqa şəhərinin mərkəzində, "Qədim şəhər" ərazisində "Bakı ritmləri Riqanın qəlbində" adlı sərgi təşkil olunub.
Sərgi Riqa meriyası, Xarici İşlər Nazirliyi və Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən təşkil olunub.
Açıq havada keçirilən açılış mərasimində Latviyada yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç iki ölkə arasında münasibətlərin sürətlə inkişafından danışıb.
Riqanın vitse-meri Andris Amerkas çıxışında bir ay əvvəl Bakıda olduğunu və şəhərin sürətlə dəyişərək gözəlləşdiyini deyib. O, münasibətlərin və turizmin inkişafı baxımından bu sərginin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki ölkə və xalqlar arasında gözəl münasibətlərin olduğunu deyib: "Biz bu dostluğu yüksək qiymətləndiririk. Bu dostluğu, əməkdaşlığı daha da gücləndirmək üçün çalışacağıq".
Daha sonra sərgiyə baxış keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info