Misirdəki səfirliyimizdə Respublika Günü münasibətilə tədbir keçirilib
Tarix: 22.05.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki səfirliyində Respublika Günü münasibətilə tədbir keçirilib. Bu barədə Azərbaycanın Misirdəki səfirliyi məlumat yayıb.
Tədbirdə Misirin ictimai-siyasi xadimləri, elmi dairələrin təmsilçiləri və KİV nümayəndələri, həmçinin Qahirə, Ayn-Şəms və Əl-Əzhər universitetinin tələbələri, Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səfir Ş.Abdullayev 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsilə təşəkkül tapmış Azərbaycan Demokratik Respublikasının şərqin ilk demokratik respublikası olduğunu qeyd edib.
SSRİ-nin dağılmasından sonra ADR-in legitim varisi kimi Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğunu deyən səfir ölkənin son illər ərzində surətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edib. Səfir Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edib, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
90-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirib. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirib. Məhz H.Əliyevin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, ümummilli lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.
Sonra tədbirdə iştirak edən Misirin ictimai-siyasi xadimləri çıxışlarında Misir-Azərbaycan münasibətlərinə, eyni zamanda mayın 18-19-da Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq növbəti ay Bakıda keçiriləcək Bakı 2015 İlk Avropa Oyunları barədə danışıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info