Aleksandr Jukov: “Oyunlar həqiqətən Azərbaycan üçün ümummilli layihəyə çevrilib”
Tarix: 22.05.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Azərbaycanda Oyunların keçirilməsinə çox həssaslıqla və məsuliyyətlə yanaşırlar”

TASS agentliyi xəbər verir ki, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə fikrini bölüşüb.
- Bu ilin iyununda Bakıda böyük idman forumu – birinci Avropa Oyunları keçiriləcək. Rusiya komandası Bakıya əsas yığmasını göndərəcək – nə üçün və biz hansı nəticəyə ümid edirik?
- İdmanın doqquz növündə 2016-cı ilin Olimpiya Oyunlarına seçim olacaq. Buna görə də biz Bakıya ən güclü idmançıları göndəririk. Ümumiyyətlə, zənnimcə, indi bizdə Oyunları yetərincə qiymətləndirmirlər. Gələcəkdə bu Oyunlar Avropa idmanında əsas hadisə olacaq. Düzdür, bu gün görürük ki, idmanın bəzi növləri üzrə Bakıya ən güclülər gəlməyəcək. Bu, ilk növbədə, yüngül atletikaya və su idmanı növlərinə aiddir. Bu idman növləri üzrə dünya çempionatları iyul və avqust aylarında keçiriləcək. Məsələn, güləş, bədii və idman gimnastikasında tamaşaçılar ən yaxşı idmançıları görəcəklər. Azarkeşləri yüksək səviyyəli və rəqabətli yarışlar gözləyir. Əminəm ki, Bakıda keçiriləcək Oyunlarda Rusiya idmançıları qeyri-rəsmi komanda hesabında birinci yer uğrunda mübarizə apara biləcəklər.
-Bakının Oyunlara hazırlığını qiymətləndirə bilərsinizmi?
-Bakı tam hazırdır. Son vaxtlar dəfələrlə Azərbaycanın paytaxtında olmuşam və inamla deyə bilərəm ki, təşkilatçılıq baxımından oyunların ev sahibləri çox böyük iş görüblər. Başa düşmək lazımdır ki, hazırlığa Bakının o qədər də çox vaxtı olmayıb, lakin qısa müddətdə də Təşkilat Komitəsi bütün idmançılar, rəsmi nümayəndə heyətləri, qonaqlar, pərəstişkarlar, jurnalistlər üçün maksimum rahatlıq təmin etmək məqsədilə əlindən gələni edib. Dövlət rəhbərliyi tərəfindən böyük kömək göstərilib. Bu yarışlar həqiqətən Azərbaycan üçün ümummilli layihəyə çevrilib. Orada oyunların keçirilməsinə çox həssaslıqla və məsuliyyətlə yanaşırlar. Əminliklə deyirəm ki, birinci Avropa Oyunları hamıda ən parlaq təəssürat yaradacaq.
-İri beynəlxalq yarışların keçirilməsində Rusiyanın zəngin təcrübəsi var. Hazırlıq zamanı Rusiya Azərbaycana kömək edibmi?
-Hər şeydən əvvəl qeyd etməliyəm ki, son vaxtlar Azərbaycan özü genişmiqyaslı tədbirlər keçirilməsi sahəsində sanballı təcrübə toplayıb və bu Oyunlara hazırlıq gedişində onu uğurla tətbiq edib. Yəqin ki, həmkarlarımız Soçi Olimpiya Oyunlarından faydalı nəsə götürüblər. Bundan başqa, Təşkilat Komitəsinin tərkibinə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin bir çox aparıcı nümayəndələri daxildir. Bunlar məhz qlobal idman layihələrinə tətbiq etmək üçün lazımi biliklərə malik ciddi mütəxəssislərdir.
-Rusiya Avropa Oyunlarının təşkili iddiasında olacaqmı?
-Potensial baxımından Rusiya belə bir idman hadisəsinin keçirilməsi iddiasında ola bilər. Müəyyən məqamda, məsələn, Kazan maraq göstərib. Lakin növbəti Oyunlardan söhbət gedirsə o, 2019-cu ildə keçiriləcək. Futbol üzrə dünya çempionatı bitəcək, Krasnoyarskda Universiada və daha bir iri tədbir – çox böyük həcmli tədbir keçiriləcək. Hər halda indi keçirilməsi artıq Rusiyada təsdiqlənmiş yarışlar üzərində diqqəti cəmləşdirmək lazımdır, yayınmaq olmaz. Buna görə də biz növbəti Avropa Oyunlarının təşkili iddiasında deyilik. Amma gələcəkdə Rusiya belə Oyunlar keçirə bilər: Kazan, Soçi, Moskva, Sankt-Peterburq – bu şəhərlərin hər biri bu rolu oynamağa hazırdır. 2019-cu ildə Avropa Oyunlarını Hollandiya keçirəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info