4 küçə təmir olunub, 1 küçədə işlər isə sabah bitir
Tarix: 22.05.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. Bu məqsədlə Biləcəri qəsəbəsində 4 küçəni birləşdirən yolda həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşıb. Yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Ümumi uzunluğu təqribən 4 kilometr olan X.B. Natavan, M.S.Ordubadi və Ə.Qasımov küçələrində köhnə asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınıb. Yola müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. İşlər təqribən 56 min kvadrat metrlik sahədə həyata keçirilib. Bundan başqa yol boyu 420 paqon-metr yeni beton səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plətələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səth sularının normal kənarlaşdırılması üçün zəruri yerlərdə yağış-kanalizasiya sistemi qurulub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolundan “20 Yanvar” dairəsinə doğru daxil olan istiqamətdə sıxlığı aradan qaldırmaq məqsədilə nəqliyyat vasitələrinin “Şamaxinka” adlanan ərazidən dairəyə daxil olmadan rahat və maneəsiz şəkildə şəhərə çıxışını təmin etmək məqsədilə “2-ci Alatava” küçəsində aparılan təmir-tikinti işlərinin sabah yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən küçə təmir olunmuş şəkildə sürücülərin ixtiyarına veriləcək.
Küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisində asfaltlanma işləri həyata keçirilib. Səkilərə 800 paqon-metr yeni səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtda aparılan təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Azərbaycan nefti bahalaşdı
19.06.2019
Cari ildə ölkədə 145 min ton metanol istehsal edilib
19.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR-ın idarəçiliyində ilk iclasları keçirilib
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info