“Contact” ödəniş sistemindən Ermənistana zərbə
Tarix: 22.05.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“Contact” ödəniş sistemi arası kəsilməyən provokasiyalar ilə əlaqədar olaraq Ermənistan ərazisində fəaliyyət göstərən banklar və maliyyə təşkilatları ilə əməkdaşlığı dayandırıb. Bu barədə sistemin bu gün yaydığı məlumatında deyilir.
Məlumatda deyilir: “Tərəfdaşlar tərəfindən ödəniş sisteminin qaydaları və müqavilə öhdəliklərinin icra edilməməsi hallarının artması nəticəsində “Contact” sistemi hazırda Ermənistana pul köçürmələrini dayandırıb. Bu hal ölkədəki bütün tərəfdaşların şərtləri yerinə yetirənədək davam edəcək”.
Tərəfdaşlardan birinin 2015-ci il aprelin ortalarında Dağlıq Qarabağ ərazisində icazəsiz ilk ödənişindən sonra “Contact” sistemi tərəfindən əlavə zəmanətlər və bu ərazidə sözügedən sistemin pul köçürmələri xidmətinin moratoriumuna əməl edilməsinin rəsmi təsdiqi tələb olunub. Müəyyən edilmiş müddət ərzində zəmanətlər təqdim edilmədiyinə görə, Ermənistan ərazisində bütün tərəfdaşların fəaliyyəti tamamilə dayandırılıb.
“Contact” sistemi Azərbaycanın Mərkəzi Bankı ilə işçi vəziyyətdədir.
Məlumatda deyilir: “Contact” ödəniş sistemi bir daha vurğulayır ki, Azərbaycanın bütün qanunverici tələblərinə məsuliyyətlə yanaşır və onları qeyd-şərtsiz yerinə yetirir”.
Sistemin məlumatında həmçinin bildirilib ki, “Contact” Azərbaycan bankları ilə əməkdaşlığı yüksək qiymətləndirir, baş vermiş hadisənin iştirakçı banklar və sistem arasındakı münasibətə təsir etməyəcəyinə ümid edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info