ABŞ-da polisə və onların ailələrinə hücum gözlənilir
Tarix: 22.05.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Texas polisi “Bandidos” baykerlərinin yerli hüquq-mühafizə orqanları əməkdaşlarına hücuma hazırlaşması ilə bağlı informasiya yayıb. “RİA Novosti”nin verdiyi məlumata əsasən, bu barədə CNN xəbər verib.
Ştat polisi arasında yayılmış məlumat vərəqəsi telekampaniyanın əlinə düşüb. Məlumatda deyilir ki, baykerlər hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarının və onların ailə üzvlərinin avtomobillərinin altına bomba qoymağa hazırlaşır. ABŞ-ın silahlı qüvvələri ilə əlaqəli olan “Bandidos” üzvləri bandanı C4 partladıcıları və qranatlar ilə təmin edir. Baykerlərin məqsədi polis əməkdaşlarından qisas almaqdır.
Mayın 17-i Amerikanın Ueyko şəhərində (Texas ştatı) düşmən bayker dəstələr arasında şəhərin mərkəzində yerləşən “Twin Peaks” barında atışma baş verib. Atışma nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb. Hadisədən sonra məhkəmə 170 nəfər şübhəli şəxsə hökm oxuyub.
Texasın polis serjantının verdiyi məlumata əsasən, atışmada iştirak edən bəzi baykerlər polis gülləsindən həlak ola bilərdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info