“Bakı-2015” gənclərdə və yeniyetmələrdə idmana marağı daha da artırır”
Tarix: 22.05.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Rəşad Rəhmanov: “ Bu önəmli işdə dövlətimizi dəstəkləyirik”

Bütün regionlarda “Bakı-2015”ə hazırlıq gedir. Çünki bu, beynəlxalq tədbirdir və ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Milyonlarla insan bu Oyunlara tamaşa edəcək. Siyəzən rayon YAP Gənclər Birliyinin sədri Rəşad Rəhmanov qəzetimizə müsahibəsində bu haqda düşüncələrini bildirdi.
- Öncə bir gənc olaraq, ilk Avropa Oyunları ilə bağlı fikrinizi bildirmənizi istərdik.
-Çox əlamətdar hadisədir ki, Avropa Oyunları ilk dəfə məhz Azərbaycanda keçirilir. Bir gənc olaraq mən fəxr edirəm ki, bu əlamətdar idman yarışına şahidlik edəcəm. Buna görə iftixar hissi keçiririk. Bu Oyunların respublikamızda keçirilməsi xalqımız və dövlətimiz üçün böyük önəm kəsb edir.
Həm ölkəmizin dünya səviyyəsində tanıdılması, həm də sosial, iqtisadi, siyasi inkişaf cəhətdən yüksək səviyyəli bir dövlət olduğumuzu göstərmək baxımından əhəmiyyətli tədbirdir. Təsadüfi deyil ki, bu Oyunların məhz Azərbaycanda keçirilməsi bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmır. Azərbaycana gələcək olan qonaqlarda ölkəmiz haqqında fikir formalaşacaq. Haqqımızda bədnam fikirlər yaymağa çalışanların planları suya düşəcək.
-“Bakı-2015” bizə nə verəcək?
- Təbii ki, ölkəmizi, mentalitetimizi tanıtmaq baxımdan bu, qürurverici işdir. Azərbaycan dünya səviyyəsində tolerant, yüksək səviyyədə inkişaf etmiş, ən əsası, verilən vədləri vaxtında layiqincə yerinə yetirən bir dövlət kimi tanınacaq.
Biz qonaqlarda dövlətimiz haqqında düzgün fikir yarada biləcək və haqq səsimizi bu yolla hər ölkəyə çatdıra biləcəyik. Başqa bədnam dairələrin qarayaxmalarına baxmayaraq, gələn qonaqlarda ölkəmiz haqqında düzgün fikir formalaşacaq. Biz gənclər öz işimizi düzgün qurmalıyıq ki, hər istiqamətdə fəaliyyətimiz uğurlu alınsın. Gənclər olaraq bu önəmli əhəmiyyətli işdə dövlətimizi dəstəkləyirik. Rayon əhalisi də böyük bir coşqu və həyəcanla bu Oyunları gözləyir. Çünki dünya səviyyəsində keçiriləcək bir ilki məhz biz yaşayacağıq. 5 iyun tarixində Siyəzən rayonunda ilk Avropa Oyunlarının məşəli alovlanacaq.
-“Bakı-2015”lə bağlı rayonda hansı işlər görülür?
- Günü-gündən gözəlləşən rayonumuzda yenidən abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Qonaqların qəbul edilməsi ilə bağlı “Qalaaltı” sanatoriyası müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Eyni zamanda məktəblərdə və digər və müəssisələrdə maarifləndirmə və təbliğat işləri aparılır.
-Bu Oyunların gənclərin düşüncəsinə nə kimi təsiri var?
-Bu Oyunlar gənclərdə və yeniyetmələrdə idmana marağı daha da artırır. Bunun da məntiqi nəticəsi olaraq onların qazandığı uğurları misal göstərmək olar. Biz gənclər və yeniyetmələri məktəblərdə tez-tez təşkil etdiyimiz tədbirlərdə mütəmadi olaraq bu istiqamətdə maarifləndiririk. Onlara ilk Avropa Oyunlarının əhəmiyyəti və nəticələri haqqında söhbətlər aparır, dəyirmi masalar təşkil edirik.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info