“The Guardian”: “Ukraynada separatizm alovlanaraq digər şəhərlərə keçir”
Tarix: 22.05.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


“Xarkov və Odessada ardıcıl bomba hücumları həyata keçirilir”

“The Guardian” qeyd edir ki, Ukraynada separatizm alovlanmaqda və artıq digər şəhərlərə sirayət etməkdədir: “Ortodokslar tərəfindən qeyd edilən müqəddəs bayram günündə Xarkovda baş verən partlayışlar nəticəsində son aylarda Xarkov və Odessada bir neçə insan öldürülüb. Bu cür zorakılıqlar və terror o yerə çatıb ki, artıq Ukraynanın şərqindəki müharibə qeyri-stabilliyinin ölkənin digər ərazilərinə yayılması təhlükəsi var. Odessa və Xarkov şəhərlərinin hər ikisi siyasi xətt baxımından ciddi şəkildə parçalanıb. Onların əhalisinin böyük hissəsi Kiyev hökumətinə qarşıdır və Moskva ilə böyük bağlılıqları var. Xarkov son dövrlərdə şərqdən gələn 150 min nəfərdən artıq qaçqın qəbul edib və bu şəhər Rusiya sərhədlərindən cəmisi bir neçə mil aralıda yerləşir. Qara dənizin liman şəhəri olan Odessanın isə özünün qonşusu ilə dərin tarixi və mədəni bağlılıqları var. Bu şəhər ötən may moskvayönümlü 40 fəalın küçə döyüşlərində öldürülməsinə şahidlik edib”.
Yazıda o da qeyd edilir ki, bu iki şəhərə bomba hücumları ukraynameyilli qruplar və hərbi birləşmələrə görə həyata keçirilib. Ötən payızdan bu yana 40 partlayışın olmasına baxmayaraq, partlayışlar nəticəsində yalnız beş nəfərin öldüyü təsdiqlənib: “Əldəqayırma partladıcı bombalar işlədənlər, belə görünür ki, daha çox adamın ölməsindən çəkinirlər. Bunun əvəzinə, onlar kövrək və gərgin siyasi situasiyanı destabilləşdirməyə, ukraynameyilli qüvvələri qorxutmağa və vahimə atmosferi yaratmağa çalışırlar. Bu hücumların tezliyi, Ukrayna təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi həbslər dalğasından sonra, son zamanlarda bir qədər aşağı düşüb. Amma mayın 13-də Odessanın kənarındakı dəmir yolu xəttində, sərnişin qatarının lap yanında bomba partlayıb.
Bu iki şəhərin əhalisi daim qorxu içərisindədirlər. Məsələn, xarkovlu QHT işçisi Katerina Roşçina belə deyir: “Bəzən sən qorxunu havada hiss edirsən, bəzən hiss edirsən ki, nəsə gəlir. Çox vaxt təhlükəni çox yaxında hiss edirsən”. Qeyd edilir ki, bu partlayışların bir çoxunun məsuliyyətini, özünü “Xarkov partizanları” adlandıran şübhəli qrup üzərinə götürüb. Amma bunlardan başqa, digər hücum və partlayışların arxasında kimin dayandığı bilinməyib.
Ukrayna təhlükəsizlik xidməti iddia edir ki, hücum edənlər həbs edilib və onların silah və partladıcı qurğuları əllərindən alınıb.
Ukraynameyilli fəallar inanırlar ki, terrorçular xaricdən təşkilatlanır və maliyyələşirlər: “Onlar inanırlar ki, həmin terrorçular xaricdə təlim keçərək şəhərlərə girirlər“. Odessa Maydanı özünümüdafiə qrupunun başçısı Dmitri Qumenyuk deyir: “Onlar regionu destabilləşdirmək istəyirlər və göstərirlər ki, guya hökumət təhlükəsizliyi təmin edə bilmir və onlarla bacarmır”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info