JuHİ jurnalistlər üçün hazırlanmış təhlükəsizlik vəsaitinin təqdimatına başlayıb
Tarix: 26.01.2013 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) 2012-ci ildə hazırlanmış “Risklərlə davranış, Media professionalları üçün vəsait” kitabının təqdimatına başlayıb. Vəsait 500 nüsxə ilə çap edilib və jurnalistlər arasında pulsuz paylanacaq. Kitabın elektron versiyası təşkilatın saytında- “www.juhi.az” ünvanında yerləşdirilib və istənilən jurnalist onunla tanış ola bilər. Bununla yanaşı, kitabın çap variantı da hazırlanıb və çap variant daha çox sərhəd rayonlarında, həmçinin, münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlər arasında pulsuz paylanacaq.
10 rayonda keçiriləcək təqdimat tədbirlərinə ölkənin cənub bölgəsinə daxil olan rayonlardan başlanılıb. JuHİ əməkdaşları cənub bölgəsinə daxil olan Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən jurnalistlərlə görüşərək vəsaiti onlara təqdim ediblər. Növbəti tədbirlər cəbhə bölgəsində - Tərtər, Bərdə rayonlarında, həmçinin Quba və digər rayonlarda olacaq.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, vəsait beynəlxalq ekspertlərin köməyi ilə hazırlanıb.Vəsaitdə jurnalistlərin hər gün qarşılaşdıqları risklərin təsnifatı verilib və bu risklərdən yayınmaq üçün ən müasir texnologiyalar barədə bilgilər yerləşdirilib. Ekstremal situasiyalarda jurnalistlərə yardım edə biləcək milli və beynəlxalq jurnalist təşkilatlarının koordinatları, fəaliyyət istiqamətləri haqqında bilgilər də vəsaitdə yer alıb. “Jurnalistika dünyada təhlükəli, riskli peşələr sırasına daxil olur. Ayrı-ayrı ölkələrdə hər il peşə fəaliyyətini həyata keçirən onlarla jurnalist həyatını itirir. Bütün dünya dövlətləri kimi, Azərbaycanda da sadalanan problemlərin təzahürləri görünməkdədir.
Təhlükələrdən yayınmaq yönündə məsuliyyət isə ilk növbədə jurnalistlərin öz üzərlərinə düşür. Jurnalistlər hansı şəraitdə fəaliyyət göstərdiklərini qiymətləndirməyi bacarmalı, ən əsası isə, müasir təhlükəsizlik qaydalarını öyrənməlidirlər. Hazırladığımız vəsait jurnalistlərə istənilən ekstremal situasiyadan çıxmaq üçün yollar göstərir. Təqibə, təzyiqə, təhdidə məruz qalan, qaynar nöqtələrdən, münaqişə bölgələrində reportaj hazırlayan jurnalistlər bu vəsaitdə əks olunan bilgiləri öyrənməklə, vəziyyətdən çıxış yolları tapa bilərlər”-deyə Ələsgərli qeyd edib.
Vəsait Avropa Komissiyasının maliyyə yardımı ilə Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) və Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) tərəfindən icra edilən “Keçmiş Sovet İttifaqı ölkələrində jurnalistlər üçün təhlükəsizlik, hüquq və müstəqil standartlar mədəniyyətinin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info