Rusiyada yuanla ticarət əməliyyatlarının həcmi sürətlə artır
Tarix: 22.05.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Rusiya və Çin şirkətləri yuan və rubl lehinə kütləvi şəkildə dollardan imtina etməyə başlayıblar. Təbii ki bu, məzənnə dəyişməsini xilas etmək kimi başa düşülməməlidir. İndiki halda yaranmış geosiyasi reallıqları qəbul edərək, Rusiya üçün hesablaşmaları «Amerika vasitəsilə» aparmaq daha sərfəlidir. Yuan-rubl birliyi ilk növbədə dolların təsirini azaltmaq və çoxqütblü iqtisadi dünya yaratmaq üçün real bir addımdır.
VTB bankının sədr müavini Mixail Oseevskinin məlumatına görə, 2015-ci ilin birinci rübündə yuan və rublun konvertasiya əməliyyatlarındakı həcmi, 2014-cü ilin bu dövrü ilə müqayisədə altı dəfədən çox artıb. Qeyd edilməlidir ki, Rusiyanın Primorsk vilayətində yuanla aparılan əməliyyatların həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu vilayətdə 2014-cü ildə yuanla aparılan əməliyyatların həcmi 6,5 milyard təşkil edib. Bu il ərzində VTB-də yuan hesabları ilə daimi işləyənlərin sayı artaraq 28-dən 70-ə çatıb. Belə görünür ki, rubl və yuanın xarici ticarət fəaliyyətinə verdiyi töhfələr sürətlə gedir. Tələbatın artması ilə əlaqədar, bu ilin mart ayından başlayaraq Moskva Fond Birjasında Çin və Rusiya valyutası ilə qitələrarası ticarət başlayıb. Bundan əvvəl Moskva Fond Birjasına doqquz valyutanın müraciət etmələrinə rəğmən, yuan - rubl bu siyahıda onuncu oldu. Birjada bunu yuanın iştirakı ilə aparılan əməliyyat həcminin arması ilə əlaqələndirirlər. Müqayisə üçün deyək ki, ötən ilin oktyabar ayında orta gündəlik əməliyyat həcmi rekord göstəricidə -541 milyonn yuan qeydə alınıb. Bəlkə də elə buna görədir ki, iki ölkə arasında dollarla aprılan hesablaşmaları milli valyuta ilə həyata keçirmək qərara alınıb. Ötən ilin oktyabr ayında Rusiya və Çin rəhbərliyi valyuta mübadiləsi ilə əlaqədar müqavilə imzaladı. Bu müqavilədə iki ölkə arasında biznes layihələrinin genişləndirilməsi də elan edildi. Qeyd edək ki, yuanla ödənişlərin payının artırılmasında «Qazprom»la bağlanan müqavilənin və Çinin «Sibirin gücü» qaz kəmərinin tikintisindəki iştirakı da böyük önəm kəsb edir.
Nəzərə çatdıraq ki, Rusiya şirkətlərinin də dollardan imtina etmələri üçün əlavə stimullar mövcuddur. Belə ki, hazırda Rusiyada dolların kursu əvvəllər olduğu kimi 30-35 rubl deyil, 50 rubldur. Bununla belə, 2015-ci ilin ortalarında bu məzənnə 50-60 rubl aralığında ola bilər.
Bu arada qeyd edək ki, yuanın dünyanı fəth etmək iddiaları da yüksəkdir. Bu valyuta dollardan fərqli olaraq, yeni ehtiyat valyuta rolunu proqnozlaşdırıb və bu yolda Rusiyanın da dəstəyindən yararlanmağa çalışır. Əslində, yuan uzun müddət bundan əvvəl ehtiyat valyuta statusunu əldə edə bilərdi. Lakin ABŞ bu yolda ona böyük maneə olub. Hələ bir müddət bundan əvvəl də, Beynəlxalq Valyuta Fondu belə bir mühüm qərarı qəbul etmək üçün heç bir səbəb görmürdü. Fondun idarəsində təmsil olunan ABŞ veto hüququndan yararlanaraq, hər vəhclə buna qarşı çıxdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
İran prokurorluğu “Telegram”la bağlı istintaqa başlayır
01.04.2020
Keçmiş prezident korona virusundan öldü
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info