NDU ilə AMEA arasında anlaşma memorandumu
Tarix: 22.05.2015 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
Memorandum imzalanmazdan əvvəl çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov imzalanacaq bu müqaviləni əməkdaşlıq baxımından müsbət qiymətləndirib. Rektor, müqavilənin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib. “Naxçıvanda elm və təhsilə hərtərəfli qayğının göstərilməsi bütün regionda elm və təhsilin inkişafına böyük töhfədir və mədəni əlaqələrin yüksəlməsinə xidmət edir” - deyən rektor nəzərə çatdırıb ki, yaradılan şərait, NDU ilə digər elm müəssisələrinin öz potensiallarını birləşdirərək uğurlu nəticələr əldə etməsinə imkan yaradır.
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev qeyd edib ki, - “Torpaqşünaslıq və Aqrokimya İnstitutu torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Yəni bizim nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir. Bu gün AMEA-nın “Elm-Təhsil-İstehsalat” və ya “Təhsil-Elm-İstehsalat” prinsipinə əsaslanaraq fəaliyyətini qurması ölkənin ərzaq ehtiyatının yaradılmasına və artırılmasına köməklik göstərir. Bizim məqsədimiz NDU ilə əməkdaşlıq edib, yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmağa şərait yaratmaqdır”.
Sonra Naxçıvan Dövlət Universiteti və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində ümumi maraqlara əsaslanaraq əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Müqaviləni, Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev imzalayıblar.
Qeyd edək ki, imzalanmış memorandumda torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətlərində elmi kadr hazırlığı sahəsində birgə iştirak, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyyətinin, elmi işçilərin, magistr və doktorantlarının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırma, elmi-tədqiqat, çöl təcrübələrinin və staj keçmələrinin təşkili, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihələrdə birgə iştirak və s. məsələlər öz əksini tapıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info