Türkiyəli futbolçu “Barselona”ya keçir
Tarix: 23.05.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Barselona” rəhbərliyi “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbadan sonra daha bir orta sahə oyunçusunun razılığını alıb.
İspaniya mətbuatının məlumatına görə, Dortmund “Borussiya”sının oyunçusu İlkay Gündoğan karyerasını Kataloniya klubunda davam etdirməyə çox yaxındır. “Borussiya” ilə 2016-cı ilin yayına qədər olan müqaviləsini uzatmaqdan imtina edən 24 yaşlı futbolçu yaxın günlərdə Münhenə yollanacaq. O, məhz orda “Barselona” həkimləri tərəfindən tibbi müayinədən keçiriləcək. Bundan sonra danışıq müsbət nəticələnərsə, Türkiyə əsilli oyunçu gələn ilin yanvarında “Barselona”ya keçəcək. Qeyd edək ki, La Liqanın çempionu transfer qadağasına görə, bu yay heç bir oyunçunu heyətinə qata bilməyəcək. İlkay Gündoğan kimi, Poqbanın da məhz 2016-cı ilin əvvəlində “Barselona” formasını geyinməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info