Arkadi Naydiç millimizin şərəfini qoruyacaq
Tarix: 23.05.2015 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Azərbaycan yığması almaniyalı şahmatçını milliləşdirir. Arkadi Naydiç bundan sonra milli komandamızın şərəfini qorumaq niyyətindədir.
30 yaşlı qrossmeyster yaxın günlərdə Azərbaycan Şahmat Federasiyası ilə müqavilə imzalayacaq. Artıq Almaniya Şahmat Federasiyası da onun keçidi ilə razılaşıb. Latviyanın paytaxtı Riqada anadan olan Naydiç 11 yaşında Almaniyaya köçüb. Dortmundda yaşayan şahmatçı 2005-ci ildə bu ölkənin vətəndaşlığını alıb. Əksər yarışlarda bu ölkənin millisini I lövhədə təmsil edib. 2011-ci ildə almanların Avropa çempionluğunda mühüm rol oynayıb. Naydiç Almaniya millisindən ayrılmasını federasiya ilə probleminin olması ilə əlaqələndirib. Narazılığının əsas səbəbi odur ki, qurum şahmatçılara lazımi dəstək vermir. Reytinqi 2000 olan şahmatçılara liderlərdən daha çox diqqət ayrılır. Federasiya Naydiçin narazılığını onla izah edir ki, aparıcı şahmatçılar heç də həmişə yığmada çıxış etmirlər. Arkadinin keçidi üçün Azərbaycan tərəfi almanlara 50 min avro ödəməlidir. Bu, FİDE qaydalarında nəzərdə tutulan konpensasiyadır. Həmin qaydalara əsasən, reytinqi 2700-dən yuxarı olan şahmatçı vətəndaşlığını dəyişirsə, onun 2 illik məcburi fasilə etməməyi üçün bu məbləğ ödənilməlidir. Qeyd edək ki, hazırda Naydiç FİDE reytinqində 2720 xalla 32-ci yerdədir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info