“İlk Avropa Oyunlarının təşkilində Azərbaycan böyük uğurlara imza atacaq”
Tarix: 23.05.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Baş nazir Artur Rasizadə Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak etmək üçün ölkəmizə gəlmiş Belarus Respublikası Baş nazirinin müavini, iqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun rəhbərliyi ilə nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Vladimir Semaşko Bakıda keçirilən beynəlxalq sərgidə Belarusun 60-dan çox şirkətinin ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və s. məhsulları nümayiş etdirdiyi, elmi-tədqiqat institutlarının yeni texnoloji avadanlıqlarının ekspozisiyada yer aldığı barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib. Azərbaycan hökuməti tərəfindən sərginin yüksək səviyyədə hazırlandığını və keçirildiyini xüsusi vurğulayan Vladimir Semaşko qarşıdan gələn mühüm tarixi hadisə - ilk Avropa Oyunlarının təşkilində də Azərbaycanın böyük uğurlara imza atacağına əminliyini bildirib. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan Baş nazir Artur Rasizadə dünyanın müxtəlif ölkələrindən bir çox şirkətlərin qatıldığı “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində ən müasir texniki avadanlıqların, yeni məhsul və xidmətlərin təqdim edildiyini diqqətə çatdırıb. Daha sonra böyük sənaye potensialına malik Belarus respublikası ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün sahələr üzrə davam etdirməyin zəruriliyinə toxunan Baş nazir hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələri genişləndirməyin, müntəzəm təcrübə mübadiləsi aparmağın vacibliyini qeyd edib və bu istiqamətdə müvafiq tapşırıqlarını verib. Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info