“Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın yüksək nüfuzunun təzahürüdür”
Tarix: 23.05.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada əldə etdiyi yüksək nüfuzun və beynəlxalq arenada Prezident İlham Əliyevin liderlik qabiliyyətinə göstərilən inamın əyani təzahürüdür”.
“Trend”in məlumatına görə, bunu Ukraynanın Sumı Vilayətinin qubernatoru Nikolay Kloçko Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanovla görüşündə bildirib. Görüş zamanı Azərbaycanla Sumı vilayəti arasında iqtisadi, mədəni, elmi-texniki, idman, turizm və kənd təsərrüfatı sahəsində regional əməkdaşlığın qurulması məsələləri əsas müzakirə obyekti olub. Sumı vilayətinin iş adamları Azərbaycanla işbirliyinə xüsusi maraq göstərir. Görüşdə çıxışına bu sözlərlə başlayan Qubernator N.Kloçko son illər dünyanın aparıcı dövlətlərin Azərbaycana güclü investisiya ayırmalarını, Azərbaycanın isə bir sıra xarici ölkələrə sərmayə qoymasını gələcəyə hesablanmış uğurlu siyasətin məntiqi nəticəsi kimi qiymətləndirib. Bu baxımdan Azərbaycanla Ukrayna arasında iqtisadi, ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bu günlərdə Azərbaycana işgüzar səfər edəcəyini bildirən qubernator, səfərin təşkil olunmasında və son bir ildə ölkələrimiz arasında ikitərəfli regional iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi istiqamətində səmərəli işlər görən Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova minnətdarlığını bildirib. N.Kloçko müstəqil Azərbaycan dövlətinin Avroatlantik məkana inamlı inteqrasiya siyasətindən söz açaraq, Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın dünyada əldə etdiyi yüksək nüfuzun və beynəlxalq arenada Prezident İlham Əliyevin liderlik qabiliyyətinə göstərilən inamın əyani təzahürü kimi səciyyələndirib. Son illər ölkəmizdə həyata keçirilən qlobal sosial, iqtisadi islahatlar haqqında Sumı Vilayətinin qubernatoruna ətraflı məlumat verən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ə.Salmanov iqtisadi inkişaf tempinə görə cənubi Qafqazda lider dövlətə çevrilən ölkəmizdə yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli investisiya mühitindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişafına, iş adamları arasında səmərəli əməkdaşlığın qurulmasına, müştərək işbirliyinin yaradılmasına hər tərəfli dəstək verməyə hazırdır. Bu baxımdan Sumı Vilayətinin qubernatoru N.Kloçkonun Bakıya edəcəyi işgüzar səfərin səmərəli fayda verəcəyinə əminliyini bildirib. Görüş zamanı işgüzar səfərin proqramı və keçiriləçək görüşlər haqqında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info