“Gənclərimiz, görün nə böyük şücaət göstərirlər”
Tarix: 23.05.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Bakıda baş verən yanğın hadisəsində insanlar birlik nümayiş etdirməklə yanaşı, yanğının söndürülməsində müvafiq qurumlara yardım ediblər və onlar hətta son günlərin qəhrəmanına çevriliblər. Xalqımız onların bu qəhrəmanlığını, göstərdikləri fədakarlığı yüksək qiymətləndirir. Millət vəkilləri, ziyalılarımız da həmin insanların göstərdiyi şücaətin həqiqətən də, qəhrəmanlıq nümunəsi olduğunu deyirlər.
Millət vəkili Tahir Rzayev bu fikirdədir: “Bu hadisədə böyük hünər göstərən polis, FHN-in, səhiyyənin işçiləri olub. Onlar da bir insan kimi öz vəzifələrini yerinə yetiriblər. Onların hünəri alqışlanmalıdır, müvafiq orqanlar tərəfindən mükafatlandırılmalıdır. Onların şücaəti hər bir insan üçün nümunə olmalıdır. Digər tərəfdən vəzifəsindən asılı olmayaraq fərdi insanlar bu yanğının söndürülməsində iştirak ediblər. Eləcə də, öz həyatlarını təhlükəyə atıb insanları xilas ediblər. Onlar da ən böyük hörmətə layiq insanlardır. Ən başlıcası, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk gündən həlak olanların sahiblərinin, xəsarət alanların yanında olublar. Bununla bağlı yaradılan xüsusi komissiya işlər həyata keçirir. Ölkə başçısının tapşırığıdır ki, orada ziyan çəkən hər bir insan qayğı və diqqətlə əhatə olunmalıdır. Bu, məsuliyyətsiz insanların törətdiyi əməllərin faciəsidir. Ancaq xalqımız da əmindir ki, həmin insanlar cəzalandırılacaqlar. Bunu ölkə rəhbəri də qətiyyətlə qarşıya qoydu və öz fikirlərini də bildirdi ki, bu yanğında məsuliyyət daşıyan, cavabdeh olan hər bir insan öz cəzasını almalıdır. Bir daha qeyd edirəm ki, bu hadisə vaxtı yardım edən şəxslərin hamısı nümunədirlər. Məsələn, maşın yuyulan sexdə çalışan fəhlə özünü odun-alovun içinə atıb, su maşını ilə su gətiriblər, orada çalışan işçinin biri kəndirlə ikinci mərtəbəyə qalxaraq uşaqları xilas edib. Bundan başqa polis işçisi var ki, 4 nəfəri xilas edib, amma özü xəsarət alaraq xəstəxanada yatır. Bu həqiqətən də bir qəhrəmanlıqdır. Vətəndaşların bu hadisə vaxtı göstərdiyi həmrəylik Azərbaycan xalqının vətənpərvər, canıyanan, qəhrəman bir xalq olduğunu bir daha təsdiq etdi. Allah xalqımıza dərd göstərməsin, amma belə hadisələrdə daha çox birləşirik. Ola bilsin ki, şad günlərimizdə bu hiss olunmur, ancaq özünü od-alovun içinə atan, həyatını təhlükə qarşısında qoyan gənclərimiz görün nə böyük şücaət göstərirlər. Bu, bizim gənclərə nümunədir. İnsanların arasında olduqda görürəm ki, vətəndaşlar həmin qəhrəmanlara necə böyük rəğbət bəsləyirlər. İnsanın məhv olduğunu görüb, özlərini odun-alovun içinə atıblar, istəyiblər ki, hansısa bir körpəni xilas etsinlər. Onlar çox sağ olsunlar ki, belə qəhrəmanlıqlar göstəriblər və elə düşünürəm ki, onlar ən böyük hörmətə layiq insanlardırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info