“Avropa İttifaqı ilə əməkdaşlığa dair Azərbaycanın öz mövqeyi var”
Tarix: 23.05.2015 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib ki, Riqa sammiti Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” dövlətlərinin əməkdaşlığının mövcud vəziyyətini, problemləri və perspektivləri müəyyənləşdirməkdən, nəzərdən keçirməkdən ibarətdir.
“Şübhəsiz, Aİ ilə əməkdaşlıqla bağlı bizim öz mövqeyimiz var. Forumun sonunda birgə bəyannamə qəbul olunması nəzərdə tutulur. Biz bu bəyannamədən narazıyıq. O, Aİ ilə Azərbaycanın əməkdaşlığının xarakterinə uyğun gəlmir. Azərbaycan postsovet məkanında Aİ ilə uğurlu, hərtərəfli əməkdaşlıq edən bir dövlətdir. Amma həmin sənəddə Azərbaycanla bağlı müddəalar əməkdaşlığın ruhuna uyğun deyil” - deyə N.Məmmədov vurğulayıb. Eyni zamanda, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasından da narazılığını ifadə edən N.Məmmədov deyib: “Biz bütün bunları Aİ rəhbərliyinə, sammitdə iştirak edən dövlətlərin nümayəndə heyətlərinə açıq şəkildə çatdırdıq. Bununla bağlı çox böyük gərginlik yarandı. Biz öz xüsusi mövqeyimizi bildirməklə ümumi bəyannaməyə razılıq veririk. Xüsusi mövqeyimizi isə rəsmi surətdə yazıb göndərəcəyik”. N.Məmmədov qeyd edib ki, Azərbaycan Aİ ilə enerji, siyasi islahatlar, terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edir. İkinci belə bir dövlət yoxdur. “Odur ki, bizi başqa dövlətlərlə bərabər tutmaq lazım deyil. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, bizim Avropa İttifaqı ilə münasibətlərimiz xüsusi xarakter, strateji tərəfdaşlıq xarakteri daşımalıdır. Biz münasibətlərimizi bu istiqamətdə qurmaq istəyirik. Bu dəfə də təklifimiz və tələbimiz bu idi ki, Avropa İttifaqı ilə münasibətlərimizi başqaları ilə eyni çərçivədə yox, ayrıca - strateji tərəfdaşlıq sənədi ilə quraq. Danışıqlar da bu istiqamətdə gedirdi. Təkliflərimiz və iradlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmasa, gələcəkdə bu əməkdaşlığın xarakteri ilə bağlı mövqeyimizi bildirəcəyik"- deyə N.Məmmədov bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info