“Məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatı xilas olub”
Tarix: 25.05.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatası üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Günü - 28 Maya həsr edilmiş tədbir keçirilib. “Azərbaycan Dostlarının Assambleyası” (AFAZ) tərəfindən təşkil olunmuş tədbir ştatın qanunverici orqanının binasında baş tutub.
Azərbaycanın Amerikadakı səfirliyindən verilən məlumata görə, tədbirdə ştat qubernatorunun müavini (“Lieutenant Governor”) Elbert Li Qullori, Senat üzvləri Fransis Tompson və Qerald Lonq, Nümayəndələr Palatasının üzvləri Kley Şiksnayder, Co Harrison və Roy Burrel iştirak ediblər.
Qubernatorun müavini E.Li Qullori Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycana 1983-cü ildə səfər etdiyini xatırlayaraq, azərbaycanlıların xüsusi qonaqpərvərliklə seçildiklərini və məhz bu xüsusiyyətin onu ölkəmizə bağladığını qeyd edib.
O, Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayaraq, göstərdiyi davamlı dəstəyə minnətdarlığını ifadə edib.
Sonra çıxış edən Senat üzvü F.Tompson və Nümayəndələr Palatasının üzvü Kley Şiksnayder Azərbaycanı Respublika günü münasibətilə təbrik edib, ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafının əhəmiyyətini vurğulayıblar.
Tədbirdə iştirak edən Azərbaycan Səfirliyinin əməkdaşı Natiq Baxışov çıxış edərək Azərbaycan-ABŞ münasibətləri, ölkələrimizin enerji və beynəlxalq təhlükəsizlik sahələrindəki birgə əməkdaşlıq barədə məlumat veriblər.
Nyu Orlean şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin məlumatına görə, Azərbaycan və Luiziana arasında ticarət dövriyyəsi 43 mln ABŞ dollarını keçib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info