Hollivudda mayın 28-i - Azərbaycan Milli Günü elan edilib
Tarix: 25.05.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Kaliforniya ştatının Qərbi Hollivud şəhərində bu il mayın 28-i - Azərbaycan Milli Günü elan edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Lindsey Horvath və şəhər şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul olunub. Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınıb.
Bildirilir ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.
Ötən 20 il ərzində Azərbaycanın suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və strateji əhəmiyyətə malik Xəzər regionunda ABŞ-ın tərəfdaşına çevrildiyi vurğulanır.
Bildirilir ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 may tarixini Milli Gün kimi qeyd edir.
Sonda 28 may tarixinin Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” olduğu bəyan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info