“Amerikalı sahibkarlar İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərirlər”
Tarix: 25.05.2015 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


İran hökuməti yerli şirkətlərə ABŞ-la ticarət əlaqələrini inkişaf etdirməyə icazə verib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın ticarət, sənaye, mədən və kənd təsərrüfatı naziri Qulamrza Şəfeyi bildirib.
“Qeyri-rəsmi əlaqələrin bərpası İran və ABŞ arasında birgə ticarət palatalarının yaradılmasına yol aça bilər”, deyə Qulamrza Şəfeyi “Mehr” agentliyinə bildirib.
Nazir həmçinin bildirib ki, ABŞ-la birgə ticarət palatalarının yaradılması ideyası İranda 10 ay müddətində müzakirə olunub.
“Hökumətlə lazımi məsləhətləşmələr aparılıb, bizə tövsiyə edilib ki, əlaqələr ilk öncə İran və ABŞ-ın özəl sektorları arasında bərpa olunmalıdır. Tədricən birgə palataların və treyderlər arasında formal əlaqələrin yaradılması üçün bu əlaqələr möhkəmləndirilməlidir”, deyə Şəfeyi bildirib.
Onun sözlərinə görə, amerikalı sahibkarlar öz təşəbbüsləri ilə artıq İran-ABŞ sənaye-ticarət palatası yaradıblar, lakin o rəsmi qeydiyyatdan keçməyib. Şəfeyinin sözlərinə görə, amerikalı sahibkarlar İranla ticarət əlaqələrinin qurulmasına böyük maraq göstərirlər, lakin bu məsələ ilə bağlı hələlik heç bir rəsmi sorğu göndərilməyib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
01.04.2020
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
01.04.2020
ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info