Sürücülərin nəzərinə
Tarix: 25.05.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu gün 12:00-dan saat 17:00-dək A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Həmçinin Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi ilə kəsişməsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Yola yeni asfalt-beton örtüyünün çəkilişi işləri həyata keçirilir. Ümumilikdə 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənəcək.
Artıq yol boyu 3 min paqon-metr səki daşı düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Qeyd edək ki, yolun ümumi uzunluğu 1700 metr, eni isə 18 metrdir.
Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info