Polşalı tələbələrdən “Bakı-2015”ə dəstək
Tarix: 25.05.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Emilia Milczak: “Bakı-2015” yeni idman tarixinin başlanğıcı olacaq”

Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Artıq Oyunlara dəstək məqsədilə bir sıra tədbirlərin, çağırışların şahidi olmuşuq. Polşalı gənclər-tələbələr də Bakıda baş tutacaq bu mühüm idman yarışı haqqında fikirlər səsləndirib və əllərində “Bakı-2015” yazısı tutaraq Avropa Oyunlarına dəstək göstəriblər. DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhmədin təşəbbüsü ilə reallaşan bu dəstək kampaniyasına polşalı tələbə Emilia Milczak da qoşulub. O, iyun ayında nəinki Avropanın, bütün dünyanın gözünün Bakıda olacağını deyir: “Polşalı gənc olaraq bu mühüm idman hadisəsini-İlk Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözləyirəm. Həmçinin yarışları da izləyəcəyik. Ən azından ona görə ki, burada bizim də gənclər idman mübarizəsi aparacaqlar. Bütün Avropa idmançılarının marağında olan Avropa Oyunlarının uğurla təşkil olunacağına əminəm. Çünki bildiyim qədərilə, Bakı bu Oyunlara çox ciddi hazırlaşıb. Bundan başqa bilirəm ki, paytaxtınız bir neçə dəfə beynəlxalq yarışlara ev sahibliyi edib. Yəni, bu sahədə artıq geniş təcrübəniz var. “Avroviziya” yarışmasına da ev sahibliyi etmiş Bakı üçün turistlərin qarşılanması və orada gəzmələri, digər fəaliyyətlərində problem olmayacağını düşünürəm. Nə deyim? Polşadan Azərbaycan bir qədər fərqli görünə bilər. Hər şeyi ölkənizə gedib öz gözlərimizlə görmək lazımdır. İnkişafı, yeni tikilmiş idman obyektlərini, bayaq qeyd etdiyim kimi, təşkilatçıların da qeyd etdiyi möhtəşəm açılışı canlı izləmək məsləhətdir. Çox qısa zaman qaldı və bütün idmançılara uğurlar arzu edirəm. Ümid edirəm, yarışlar nikbin notlarla bitəcək və heç bir problem yaşanmayacaq. Qafqazda azərbaycanlılar tolerantlığı, mehribanlılıq və istiqanlılığı ilə ad çıxarıblar. Bunu Polşada oxuyan və aktiv olan tələbələrinizdən də hiss etmək olar”.
Emilia Milczak deyir ki, Azərbaycan təkcə neftə görə deyil, idmana görə də dünyada tanınır: “Azərbaycan idman ölkəsinə çevrilib. Əslində həmişə bu ölkədə idmana böyük dəyər verilib. Onu da bilirəm ki, idmanı sevən və idmançılara qayğı ilə yanaşan bir ölkə başçınız var. Bu mənada xalqınız üçün də böyük bir idman bayramının olacağını düşünmək, proqnozlaşdırmaq çətin deyil. Polşalılar da idmanı sevirlər və bir neçə idman növü var ki, bizim üçün spesifik sayıla bilər. Həmin idman növləri də yarışların sırasına daxil edilib. Ona görə də böyük həvəs və maraqla həmin idman növlərinə azarkeşlik edəcəyik. İlk dəfə bu Oyunların ölkənizdən başlanmasına görə fəxr hissi keçirə bilərsiniz, nəinki bu yarışların uğurlu təşkilatçılığı ilə. Qısası, sizin ölkəyə, təşkilatçılara uğurlar arzu edirəm. “Bakı-2015” yeni idman tarixinin başlanğıcı olacaq deyirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info