Klaus Şvab: “Azərbaycan iqtisadiyyatının inkişafı digər ölkələr üçün nümunədir”
Tarix: 25.05.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib. İordaniya Haşimilər Kralı II Abdullah, Misir Ərəb Respublikasının prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi sammitin açılış mərasimində Azərbaycan Hökumətini nazir Əli Abbasov təmsil edib.
Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib. Sammit çərçivəsində nazir Əli Abbasovun DİF-in təsisçisi və icraçı sədri, professor Klaus Şvabla ikitərəfli görüşü baş tutub. Klaus Şvab Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib. O, ölkəmizdə informasiya və yüksək texnologiyaların sürətli inkişafının Davos Forumu çərçivəsində aparılan təşəbbüslərdə və keçiriləcək sessiyalarda da öz əksini tapması üçün uyğun bölmələrinə tapşırıq verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan Respublikası ilə DİF arasında yüksək səviyyəli əlaqələrin perspektivləri və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, 2016-ci ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.
Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə nazir Əli Abbasov İordaniya Haşimlər Krallığının İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) naziri, İordaniyanın dövlət sektorunun inkişafı naziri, Uqanda Respublikasının İKT naziri, Bolqarıstanın turizm naziri, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah vilayətinin ticarət və turizmin inkişafı qurumunun baş direktoru, Yaponiyanın Xarici İşlər Nazirliyinin xarici siyasət bürosunun sülh quruculuğu üzrə xüsusi səfiri, eyni zamanda dünyaca məşhur korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info