Oyunlarla bağlı bəzi yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
Tarix: 25.05.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


I Avropa Oyunları ilə əlaqədar təlim proqramı və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edir.
Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisi bildirib ki, mayın 25-də Bakıda I Avropa Oyunları ilə əlaqədar təlim proqramı və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: “Bununla əlaqədar bu gün saat 16:30-dan etibarən məşqlər tam başa çatanadək paytaxtın Mikayıl Müşfiq dairəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Parlament prospekti ilə Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya stadionu, Aeroport şossesi boyu nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulur. Bununla əlaqədar “Cavanşir” körpüsü, Azadlıq prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Pəsul Rza küçələrinə doğru nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir”.
V.Əsədov qeyd edib ki, yol polisi əhaliyə, paytaxtın mərkəzinə doğru və əks istiqamətdə hərəkət etmək istəyən sürücülərə alternativ yollar təklif edir: “Onlara paytaxtın cənub girişindən Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etmələri tövsiyə olunur. “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən isə Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə hərəkət edə bilərlər. Eləcə də, onlara Mikayıl Müşfiq dairəsindən Mətbuat prospektindən keçməklə Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmələri tövsiyə olunur. Zuğulba, Buzovna qəsəbələrindən paytaxtın mərkəzinə doğru hərəkət Aeroport yolundakı körpünün üzərindən Bakı-Hövsan beton yolu ilə planlaşdırılır. Maştağa, Zabrat, Nardaran və həmin ərazilərdəki digər qəsəbələrdən metronun “Koroğlu” stansiyasına doğru isə yalnız şəhər şossesi ilə körpünün üzərindən Elşən Mehdiyev küçəsindən keçməklə Bakıxanov qəsəbədaxili yollarla hərəkət etmələrini tövsiyə edirik. Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan və Şüvəlan qəsəbələrindən isə Qala döngəsindən Türkan qəsəbəsi ilə Qala və Pirallahı beton yolu ilə şəhər istiqamətində hərəkət nəzərdə tutulur. Eyni zamanda, göstərilən ərazilər üzrə əks istiqamətdə hərəkət edənlərə də sadalanan yollardan istifadə etmələri tövsiyə olunur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info