Ana dilimizin aktual problemləri mövzusunda elmi konfrans
Tarix: 25.05.2015 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Naxçıvan” Universitetində “Ana dilimizin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. Konfransı ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri professor Sədaqət Həsənovanın “Azərbaycan dilçiliyinin dialektologiya ilə bağlı problemləri”, Mədəd Səfər¬ovun “Doğma dilimiz milli dəyərlərimizin özülüdür”, dosent Qənirə Əsgərovanın “Dilimizin orfoqrafik problemləri” və Nicat Yaqubovun “Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu və televiziya aparıcılarının dili” mövzularında çıxışları olub. Çıxışlarda dilimizin aktual problemlərindən bəhs edilib. Bildirilib ki, Azərbaycan dilinin tətbiqində yanlışlıqlar, əcnəbi dillərə üstünlük verilməsi kimi zərərli vərdişlər davam etməkdədir. Bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmadığının şahidi oluruq.
Vurğulanıb ki, ana dili bizim milli sərvətimizdir. Dövlət dilinin qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıdır. Ana dili bizim mənəvi kimliyimiz və ən böyük milli dəyərlərimizdən biridir. Bəzilərinin öz ana dilini mükəmməl bilməmələri adamda həm ikrah, həm də təəssüf hissi doğurur. Çünki doğma ana dilini mükəmməl bilmək, bu dildə qrammatik qaydalara tam uyğun yazmaq və danışmaq hər kəsin vətəndaşlıq borcudur. Hər bir insan kimliyindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, ana dilini mükəmməl bilməlidir, onun qanun-qaydalarına riayət etməyə borcludur. Unutmayaq ki, dilimizin qorunması ilə bağlı yalnız dövlətin gördüyü işlərlə kifayətlənmək olmaz. Bu vəzifəni hər bir vətəndaş yerinə yetirməlidir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı slayda baxıblar.
“Naxçıvan” Universitetinin mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info