Nazir: “12 illik təhsil sisteminə keçid Dövlət Strategiyasının ən vacib sütunlarından biridir”
Tarix: 25.05.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Bakıda Təhsil Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum keçirilib. Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr aparılıb. 2 gün davam edəcək konfransda biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunub.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Onun sözlərinə görə, bu ilin yanvarında Dövlət Strategiyasının Fəaliyyət Planı hazırlanıb: “Fəaliyyət planı təhsil sahəsi üzrə yol xəritəsi də hesab olunur. Bu sənəd təhsilin bütün pillələri üzrə növbəti illərdə hansı işlərin görülməsini bizlərə göstərir. 12 illik təhsil sisteminə keçid məsələsi də Dövlət Strategiyasının ən vacib sütunlardan biridir. 12 illik təhsil sisteminə keçidə sadəcə, mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Azərbaycanda 12 illik təhsilə keçid daha vacib, mühüm bir məsələdir və ciddi müzakirələrin olunmasını tələb edir”.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəsinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində mühüm əlaqələrin olduğunu bildirib. Səfir qeyd edib ki, hər bir ölkənin inkişafında təhsil mühüm rol oynayır. O qeyd edib ki, bütün ölkələrdə cəmiyyət üzvləri arasında bərabər təhsil imkanlarının yaradılması vacibdir.
Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson 12 illik təhsil sistemi ilə bağlı müsbət fikirlərini bildirib. Onun sözlərinə görə, yeni təhsil sisteminin qurulmasında əsas məqsəd təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsili hər kəs üçün əlçatan etməkdir. B.Uilkinson əlavə edib ki, 12 illik təhsil islahatları Azərbaycanda və Orta Asiyada dəstəklənməlidir.
Tədbirin davamında ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan hökuməti yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və təhsili bütün əhaliyə əlçatan etməklə ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması planlaşdırılır. Ölkənin 2020-ci ilə qədər Milli İnkişaf Strategiyasında 12 illik orta təhsilə keçid və şagirdlərin 16 yaşa qədər icbari təhsil müddəası yer alıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info