“La Jornada”: «Putin ABŞ üzərində qələbələr çalır»
Tarix: 25.05.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


«Vladimir Putinin Amerika Birləşmiş Ştatları üzərindəki diplomatik qələbəsi artıq göz önündədir. Belə ki, ABŞ dövlət katibinin Soçiyə səfəri zamanı Krım məsələsinə toxunmaması bu ölkənin Russiyanın bu istiqamtdəki mövqeyinə dəstək verməsi kimi başa düşülür». Bu fikirləri Meksika nəşri «La Jornada» yazır. Nəşr xüsusi olaraq xatırladır ki, Con Kerrinin Soçiyə səfəri açıq şəkildə ABŞ-ın Rusiya ilə qarşıdurmaya tab gətirə bilmədiyini ortaya qoydu. Bütün bunlarla yanaşı, Rusiya ilə Çinin yaxınlaşması Amerika prezidentinin bütü cəhdlərini uğursuzluğa düçar etdi. Bunu da amerikalı analitiklərin fikirlərinə istinad edən Alfredo Xəlifə-Rəhmə «La Jornada»da dərc etdirdiyi maqalədə bildirib.
Müəllif «The New York Times» nəşrinin əməkdaşı Devida Qerşenxorna istinadən bildirir ki, «Kerrinin səfəri bir daha sübut etdi ki, ABŞ Rusiya ilə qarşıdurmaya davam gətirmək iqtidarında deyil. Amerika liderinin son dövrlərdəki susqunluğu Rusiya və onun liderlərinin müasir dünyada mühüm rol oynadığının etirafıdır.
Xəlifə-Rəhm qeyd edir ki, «The NYT» yeganə xarici mətbuatdır ki, Putinin
Amerika Birləşmiş Ştatları üzərindəki diplomatik qələbəsini qəbul etdi: «Artıq həmin günlər, Obamanın Rusiya iqtisadiyyatını məhv edəcəyi, neft qiymətlərini aşağı salmaqla bu ölkə liderini küncə sıjxışdırdığı barədə öyünərək verdiyi bəyanatlar arxada qalıb. Artıq şifahi deyilən sözlər buxarlanıb ötdü»
Məqalə müəllifinin fikrincə, Kerrinin Rusiya ilə bağlı ritorikasına diqqət yetirmək lazımdır: «Strateji əhəmiyyətli yarımada-Krım məsələsindən yan keçməsi, onun bu ərazinin tarixi sahibinə qayıtması ilə barışması kimi başa düşülməlidir.
Həmçinin, Xəlifə-Rəhməyə görə, Obamanın Moskvanı beynəlxalq aləmdən təcrid edəcəyi barədə səsləndirdiyi fikirlərin Moskvada keçirilən hərbi paraddan sonra uğursuz bir cəhd olduğu bəlli oldu. Bu parad, eyni zamanda Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın aydın təzahürü oldu”. Müəllif əminliklə iddia edir ki, bütün bunlar onun deməyə əsas verir ki, «hazırda ABŞ-ın xarici siyasətini səriştəsiz insanlar müəyyən edirlər»

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info