Artıq Ailə TV və Ailə NET abunəçiləri abunə haqlarını “easy pay” sistemi ilə ödəyə bilərlər
Tarix: 28.01.2013 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Ailə TV Mətbuat Xidmətindən qəzetimizə verilən məlumata görə, Ailə TV kabel operator televiziyası və Ailə NET internet provayderi abunəçilərə göstərilən xidmətlərə görə abunəhaqlarının ödənilməsi istiqamətində yeni sistemin tətbiqinə başlayıb.
İndi Ailə TV və Ailə NET abunəçiləri abunə haqlarını digər vasitələrlə yanaşı (pay point terminalları, banklar, Ailə TV fililaları və onlayn rejimində ödəniş), “easy pay” sistemi vasitəsilə də həyata keçirə biləcəklər.
Bunun üçün artıq şirkət müvafiq layihəni reallaşdırıb və bu gündən etibarən abunəçilər bu imkandan yararlana bilərlər.
Qeyd edək ki, yeni tətbiq olunmuş sistemdən yalnız Ailə TV-nin rəqəmsal yayımına qoşulmuş abunəçilər və eləcə də Ailə NET internet provayderinin ximətlərindən istifadə edən abunəçilər istifadə edə bilərlər.
Kabel televiziyası və internet provayderin xidmətlərindən istifadəyə görə nəzərdə tutulmuş abunə haqqını ödəmək üçün abunəçilər Bakı şəhərinin müvafiq nöqtələrində yerləşən və “easy pay” sistemini dəstəkləyən ödəmə məntəqələrinə yaxınlaşmalı (əsasən mağazalarda terminallar vasitəsi ilə) və müvafiq məbləği ödəməlidirlər. Ödəmə məntəqləri və onların yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı abunəçilər 012 920 qısa telefon nömrəsinə zəng etməklə və ya www.aile.tv saytına daxil olmaqla əldə edə bilərlər.
Qeyd edək ki, yeni sistem abunəçilərə abunə haqqını daha rahat və tez həyata keçimək imkanı yaradır. Bu sistemdən istifadə abunəçilərə daha keyfiyyətli xidmət göstərməyə şərait yaradır.







 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info