Rusiya və Azərbaycan XİN-i arasında məsləhətləşmələr planı imzalanıb
Tarix: 25.05.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında 2015-2016-cı illər üçün məsləhətləşmələr planı imzalanıb.
Plana xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov imza atıblar. Daha sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
S. Lavrov Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib: “İki ölkə arasında ticarət dövriyyəsi bizim apardığımız statistikasına görə, keçən il 16 faiz artaraq tarixi maksimumuna çatıb. Azərbaycanla Rusiyanın regionları arasında da əlaqələr inkişaf edir. Artıq Yekaterinburqda keçiriləcək IV regionlararası foruma hazırlıq gedir”.
Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsi ətrafında Elmar Məmmədyarovla uzun müzakirələr apardığını söyləyib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi Rusiya üçün prioritet məsələdir. Biz bu münaqişənin həm ikitərəfli münasibətlər çərçivəsində, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar vasitəsilə həllin olunması üçün səylərimizi davam etdirəcəyik”.
S. Lavrov Ukrayna münaqişəsində Azərbaycanın tutduğu təmkinli mövqeyi yüksək qiymətləndirdiyini bildirib. “Üç həftə sonra Azərbaycanda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət nümayəndə heyəti təmsil edəcək. Azərbaycana Avropa Oyunlarının keçirilməsində uğurlar arzulayırıq”, - deyə o, söyləyib.

Elmar Məmmədyarov isə çıxışında rusiyalı həmkarının Azərbaycan-Rusiya münasibətlərinin inkişaf tempi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan azərbaycanlı nazir deyib ki, münaqişənin həlli çoxdan yetişib: “Sergey Lavrovun da dediyi kimi, münaqişənin həlli çoxdan yetişib. Mən onun nikbinliyini bölüşürəm. Biz dünən və bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr apardıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələrimiz oldu. Azərbaycanın Xəzərinin hüquqi statusu ilə bağlı mövqeyi bir çox məqamlarda Rusiya ilə üst-üstə düşür”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info