Avropa Oyunları Uruqvay mətbuatında
Tarix: 25.05.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Uruqvay mətbuatında “Bakı-2015” I Avropa Oyunları haqqında məqalə dərc olunub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, “Uypress” Uruqvay xəbərlər agentliyinin portalında “Azərbaycan paytaxtı “Bakı-2015” Birinci Avropa Oyunlarını qəbul edir” adlı məqalə dərc olunub.
“12-28 iyun tarixlərində Xəzər dənizi sahillərində, Avropanın bitdiyi və Asiyasının başladığı yerdə yerləşən, Azərbaycanın sürətlə inkişaf edən paytaxtı olan Bakı şəhəri bütün Avropadan 6000-dən çox elit idmançıları qəbul etməyə hazırlaşır”, - deyə məqalədə qeyd olunur.
Məqalədə eyni zamanda, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda yaradılmış müasir infrastruktur, oyunlar çərçivəsində müxtəlif idman növləri üzrə keçiriləcək yarışlar, habelə növbəti illərdə Azərbaycanda təşkil olunacaq beynəlxalq əhəmiyyətli digər idman tədbirləri barədə də məlumat verilir.
Məqalədə Azərbaycanın son illərdə əldə etdiyi yüksək iqtisadi inkişafla da bağlı fikirlər yer alıb: “Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycana məxsusdur ki, 2000-ci ildən etibarən, əsasən böyük karbohidrogen ehtiyatlarının istismarı, nəqliyyat, infrastruktur, telekommunikasiya, tikinti, turizm və aqrosənaye sahələrindəki önəmli sərmayələr hesabına ölkənin ÜDM dörd dəfə artmışdır”.
Yazıda həmçinin Azərbaycanda tolerantlıq, dünyəvilik və müxtəlif inancların sülh şəraitində birgə mövcudluğu ənənələrindən də bəhs olunub.
Azərbaycan-Uruqvay münasibətləri mövzusuna da toxunulan məqalədə Azərbaycanın bu yaxınlarda Uruqvayda diplomatik nümayəndəliyinin təsis olunması, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərə də toxunulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
18.04.2019
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info