“ABŞ Yaxın Şərqdə hərbi imkanlarının məhdudluğunu etiraf etməlidir”
Tarix: 25.05.2015 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


“The Atlantic”: “Daranın və eləcə də afinalıların tarixi göstərir ki, şəxsi şərəf və reputasiyaya mübtəla olmaq, böyük dövləti tənəzzülə aparır”

“ABŞ-ın pilotsuz təyyarələrdən yararlanması, onun gücünü yox, imkanlarının məhdudluğunu göstərir”


Nəyə görə döyüşmək istəməyən düşmən üzərində qələbə çalmaq belə çətindir və bu, ABŞ xarici siyasət strategiyası üçün nə deməkdir? ABŞ-ın "The Atlantic " media orqanı bu barədə maraqlı yazı yazıb. Yazıda Robert Kaplan tərəfindən qeyd edilir: “Skiflər hazırda Ukraynaya və Rusiyanın cənubuna aid olan Pont çöllərində ağalıq edən köçərilər olublar. Onlar miladdan öncə 7-3-cü əsrlərdə həmin yerlərdə dövran sürüblər. Özlərindən sonra heç bir iz saxlamayan digər köçəri xalqlardan fərqli olaraq, skiflər tarix səhnəsində itəndən xeyli sonra da özləri haqqında dəhşət saxlayıblar. Herodot yazır ki, onlar bütün Asiyanı viran qoyublar. Onlar təkcə xalqlardan vergi toplamaqla kifayətlənməbiblər, həm də xalqlara qarşı yürüşlər edərək, onların olan-qalanını əllərindən alıblar. Əfsanəyə inansaq, Napoleon rusların öz paytaxtlarını ona təslim etməkdənsə, yandırmağa hazır olduqlarını eşitdikdə, bağıraraq deyib: “Onlar skiflərdir!”.
Amma bizim müasirlərə skiflərin qəddarlığına yox, onların miladdan öncə 6-cı əsrdə fars şahı Daranın ordusuna qarşı taktikasına diqqət yetirmək məqsədəuyğundur. Daranın piyadaları Azov dənizi civarına keçərək orada skiflərin hərbi birləşmələrinə qarşı həlledici savaşa girmək istəyirdi. Amma skiflər özlərinin geniş ərazilərinə doğru geri çəkilməkdə davam ediblər. Dara çaşıb qalıb və skiflərin başçısı İdanfirsə belə bir çağırış edib: “Əgər özünüzü daha güclü hesab edirsinizsə, savaşın, əgər zəifsinizsə, təslim olun”. İdanfirs isə ona cavab verib ki, onun xalqının şəhərləri, becərilən torpaqları olmadığına görə, o, heç nəyi qorumağa məcbur deyil, ona görə də o, savaşmağa səbəb görmür. Bununla bərabər, onun adamları daim fars dəstələrinə qarşı hücumlar ediblər və dərhal da geri çəkiliblər. Hər dəfə də fars atlılarının kiçik dəstələri onların ardınca qaçaraq, dağılışıblar. Daranın əsas ordusu isə tədricən zəifləməyə başlayıb. Ən sonda Dara skiflərin ərazisini tərk etməli olub. Mahiyyətcə, o, üz-üzə döyüşə girə bilmədiyi skiflərlə savaşda yenilib.
Başqa sözlə, düşməni öldürmək, onu tapıb üzə çıxarmaqdan çox asandır. Bu gün də bu həqiqət öz aktuallığını itirməyib.
Bu gün müharibə landşaftı industrial epoxanın planlı əməliyyatları ilə müqayisədə olduqca genişdir və orada olduqca az döyüşçü var.
Buradan belə bir nəticəyə gəlmək olar: kabuslara qarşı ova çıxmayın və sizin sivil üstünlüyünüzün heç bir rol oynamadığı situasiyalarda çox dərinə getməyin. Yaxud qədim Çin müdriyi Sun Çzı belə deyib: “Nə zaman savaş lazım gəldiyini, nə zaman lazım gəlmədiyini bilən tərəf sonda qalib gəlir”.
Yollar var ki, gedilmir, ordular var ki, hücum etmir, qalalar var ki, onlara görə savaşmırlar. Bununla bağlı olaraq, miladdan öncə 5-ci əsrdə baş vermiş Siciliya yürüşü barədə Fukidid belə yazır: “Afina uzaq Siciliyaya öz kiçik dəstəsini göndərdi ki, orda müttəfiqlərini dəstəkləsin. Amma zaman-zaman onlar bu münaqişəyə o qədər bağlandılar ki, burada bir qələbədən bütün dəniz imperiyasının prestiji asılı oldu. Əgər Vyetnam və İraqdakı müharibələri xatırlasaq, Fukididin bu yazıları olduqca aktualdır.
Daranın və eləcə də afinalıların tarixi göstərir ki, şəxsi şərəf və reputasiyaya mübtəla olmaq, böyük dövləti tənəzzülə gətirib çıxara bilər.
Sizin düşmən heç zaman sizinlə sizin şərtlərinizlə döyüşməyəcək, öz şərtlərilə döyüşəcək. Buna görə də müharibənin assimmetrikliyi dünyanın özü qədər köhnədir. Döyüşçülər avtomobillərə bomba qoyanda və İraq şəhərlərinin labirintlərində dəniz piyadaları və əsgərlərə hücumlar edəndə, skiflər kimi davranıblar.
Çinlilər Filippin hərbi gəmilərinə hücum edəndə, özlərinin dəniz ərazilərində hüquqlarını elan edəndə və amerikan hərbi gəmiləri ilə istənilən konfliktdən qaçanda, onlar da skifdirlər.
“İŞİD” terrorçuları da bıçaq və kameralarla silahlananda skif olurlar. Bütün superdövlət statusuna baxmayaraq, ABŞ bu skiflərin çoxu ilə mübarizədə məhduddur.
Bu baxımdan ABŞ, bütün digər imperiyaların üzləşdiyi həqiqətlə üzləşib: öz statusunu qorumaq üçün hər döyüşdə yer almaq lazım deyil.
Bizim eranın birinci əsrində Tiberi Romanın şimal sərhədlərində ara müharibələrinə müdaxilə etməsinə mane olmaqla imperiyanı qorudu. O, Roma hakimiyyətinin sərhədlərini yaxşı tanıyırdı.
Dara Skifiyada elədiyi kimi, ABŞ Yəməndə döyüşçü qruplaşmalarını qovmur, bunun əvəzinə, havadan dəqiq aviazərbələr endirir. ABŞ-ın pilotsuz təyyarələrdən yararlanması, onun gücünü yox, imkanlarının məhdudluğunu göstərir.

Obama administrasiyası burada məhdudluğunu etiraf etməli, ölkəyə Suriya münaqişəsi kimi, aludə olmağa imkan yaratmamalıdır. Məsələn, əgər ABŞ çərşənbə günü Bəşər Əsədi devirsə, cümə axşamı sünni cihadçı rejimin yaradılmasına qarşı nə edəcək? Yaxud cümə günü ələvilərin etnik qırğını ilə bağlı nə etməli olacaq?
Bəs ABŞ Daranın iştirakçılığı kimi müharibə iştirakçılığından necə yayınmalı? Bunun üçün onlar vasitəçilərdən yararlanmalıdırlar. Hətta bu vasitəçilər düşmənlər arasında olsa belə, yararlanmaq lazımdır”.
Yazıda daha sonra qeyd edilir ki, əgər İran tərəfindən dəstəklənən husitlər Yəməndə “Al-Qayda” ilə savaşa hazırdırlarsa, nəyə görə ABŞ buna qarşı çıxmalıdır?
Əgər Yaxın Şərq daimi münaqişə meydanına və oradakı “skiflərin” – Türkiyə, İsrail, İran və digərlərinin mübarizə yerinə çevrilibsə, ABŞ kənarda qalmalıdır: “Bu, təslim olmaq demək deyil, sadəcə onların işinə qarışmamaqdır. Skiflər sərhəd bilməyən missioner millətlərin düşmənidir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info