Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Dəyirmi Masa keçirilib
Tarix: 25.05.2015 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Biznes inkubatorun səmərəliliyinin yüksəldilməsi” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri, eləcə də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları təmsil olunublar. Dəyirmi Masada çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. İqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun inkişafının, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən Elçin İbrahimov bu sahədə özəl sektorun xüsusi rolunu qeyd etmiş, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edilmişdir ki, ölkədə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. İndiyədək 4188 gənc sahibkara 296 milyon manat həcmində güzәştli kreditlәr verilib. Bundan başqa, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif maarifləndirmə tədbirləri keçirilir, Almaniya-Azərbaycan birgə Proqramı çərçivəsində sahibkarlar və gənc menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. 2009-2014-cü illərdə 220 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçib. Görülmüş işlərin nəticəsidir ki, son illər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında gənclərin sayı artır.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov tədbirdə çıxış edərək Xaçmazda biznes inkubatorun yaradılmasının sahibkarlığın inkişafına göstərilən növbəti dəstək tədbiri olduğunu vurğulayıb. Qeyd edilib ki, 2014-cü ilin sentyabrın 10-da fəaliyyətə başlamış biznes inkubatorda iştirakçılar üçün birinci mərhələdə biznes ideyaların işlənib hazırlanması məqsədi ilə 3 ay müddətində treninqlər keçirilib və bununla birinci mərhələ başa çatıb. Bu ilin yanvar ayından biznes inkubator iştirakçıları üçün ikinci mərhələdə biznes ideyaların həyata keçirilməsi məqsədi ilə məsləhət xidmətlərinin göstərilməsinə başlanıb. Məsləhət xidmətlərinin aidiyyəti dövlət qurumlarının və özəl sektorun nümayəndələri tərəfindən 8 ay ərzində göstərilməsi nəzərdə tutulur. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları üçün bu xidmətlər yanvar-aprel ayları ərzində İqtisadiyyat və Sənaye, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və “Azersun Holding” MMC-nin nümayəndələri tərəfindən göstərilmişdir. Hazırda isə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən biznes inkubatorda məsləhət xidmətləri göstərilir. Biznes inkubatorun fəaliyyətinə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də cəlb edilmişdir. Biznes inkubatorların ölkənin digər iqtisadi rayonlarında da yaradılacağını qeyd edən Akif Fərruxov biznes inkubator iştirakçılarına biznes əlaqələrinin yaradılması, bizneslərinin təşkilində gələcəkdə də dəstək göstəriləcəyini vurğulayıb. Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının nümayəndələri çıxışlarında gənc sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, innovativ və perspektivli biznes sahələrinin kreditləşdirilməsi barədə məlumat vermiş, biznes inkubatorda yaradılacaq yeni biznes subyektlərinin iqtisadi rayonun sosial-iqtisadi inkişafına töhfə verəcəyini diqqətə çatdırıblar. Tədbirdə çıxış edən biznes inkubatorun iştirakçıları ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə, həyata keçirilən innovativ yönümlü tədbirlərə görə ölkə başçısına təşəkkür etmiş, biznes inkubatorun gənclərin məşğulluğunun artırılmasında, gənc sahibkarların inkişafında əhəmiyyətini vurğulayıblar. Tədbirdə biznes inkubator iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.
Qorqud





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info