“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və ermənilər tərəfindən zəbt edilib”
Tarix: 26.05.2015 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılması beynəlxalq hüquqa ziddir və Dağlıq Qarabağ münaqişəsinin status-kvo vəziyyəti qəbuledilməzdir.
Bu fikri Almaniya Xristian Demokratlar Birliyi (XDB) və Xristian Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, Bundestaqda müdafiə və idman komitələrinin üzvü, Cənubi Qafqaz üzrə Dostluq Qrupunun sədri, eləcə də Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Karin Ştrents “TV Berlin” kanalının “Aus dem Bundestag” verilişinə müsahibəsində deyib. Müsahibədə Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yaxından iştirak etməsindən, ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Karin Ştrents müsahibəsində bildirib ki, onda Cənubi Qafqaz regionuna qarşı xüsusi münasibət yaranıb. Onun fikrincə, Cənubi Qafqaz əlverişli geosiyasi mövqe baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. O, bu baxımdan Bundestaqın Cənubi Qafqaz üzrə Dostluq Qrupunun hər üç ölkə ilə sıx işlədiyini deyib. Deputat Azərbaycana xüsusi rəğbətinin ötən ilin əvvəlindən etibarən yarandığını qeyd edib. O, Azərbaycana ilk səfərinin 2010-cu ildə baş tutduğunu xatırladıb. Ölkəmizə parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində gəldiyini bildirib. Almaniyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan bəhs edən Karin Ştrents bildirib: “Azərbaycanla yaxın münasibət qurmağımız çox vacibdir və biz bu münasibətləri inkişaf etdirmək niyyətindəyik. Parlament qrupunun məqsədi Azərbaycanda parlament üzvləri ilə görüşmək və ölkədəki inkişaf və sosial tendensiyalar barədə müzakirələr aparmaqdır”. Ölkəmizin Avratlantik məkana inteqrasiya olunmasından söz açan verilişin aparıcısı Azərbaycanın özünü Avropanın bir hissəsi kimi gördüyünü deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə toxunan Karin Ştrents deyib ki, bu məsələ bütün görüş və müzakirələrdə gündəmə gəlir: “Dağlıq Qarabağ demək olar ki, artıq uzun müddətdir unudulmuş bir regiona çevrilib. Dağlıq Qarabağ Azərbaycanın ərazisi olan bir regiondur və bu region ermənilər tərəfindən zəbt edilib. Bu məsələyə beynəlxalq hüquq çərçivəsində aydınlıq gətirilib. Ermənilərin buna baxışı isə tam fərqlidir. Biz həm də bunu nəzərimizdə saxlamalıyıq ki, Dağlıq Qarabağ çox gözəl bir regiondur, onun ərazisi dörd min kvadrat kilometrdən çoxdur. Nəzərə alaq ki, bu region Almaniyanın Saar torpağından ərazisinə görə iki dəfə böyükdür. Təəssüf ki, orada yaradılmış süni sərhədlərə görə azərbaycanlılar bu əraziyə daxil ola bilmir. Bu, çox ağrılı məsələdir və biz danışıqları davam etdirməyə çalışırıq. Ona görə ki, çox vaxt Cənubi Qafqazda olduğu kimi, bu münaqişə dondurulmuş münaqişə deyil”. Deputat Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş ərazilərin Azərbaycan ərazisinin beşdə bir hissəsinə bərabər olduğunu vurğulayıb. Bundan əlavə, o, Dağlıq Qarabağın ətrafında yerləşən daha 7 rayonun da Ermənistan tərəfindən zəbt olunduğunu diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 “Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info