Fond jurnalistlər və KİV üçün müsabiqələr elan edib
Tarix: 26.05.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib: Fondun icraçı direktoru Vüqar Səfərli milli mətbuatın 140 illik yubileyinin ölkə mediası üçün əlamətdar hadisə olduğunu bildirərək bu münasibətlə növbəti ənənəvi müsabiqənin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib.
Vüqar Səfərli, müsabiqənin şərtlərinin olduğu kimi saxlanılmasını, hər istiqamət üzrə I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu təklif edib. İcraçı direktor, ümumilikdə 19 istiqamət üzrə 114 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. Sonra məsələ ətrafında müzakirələr aparılıb. Müşahidə Şurası üzvlərindən Vüqar Rəhimzadə, Əflatun Amaşov və Rəşad Məcid təklifi yüksək dəyərləndirərək belə müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Müzakirələrin yekununda müsabiqənin 2015-ci il mayın 27-dən iyulun 9-dək 19 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul olunub. Gündəlikdəki digər məsələ barədə məlumat verən Fondun icraçı direktoru Vüqar Səfərli iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi baxımından əlamətdar hadisə olduğunu vurğulayaraq bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından KİV-in üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd edib. O, KİV-in Avropa Oyunları barədə daha dolğun məlumatlar hazırlaması və yaymasını stimullaşdırılmaq məqsədilə Fondun "I Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda keçirəcəyi müsabiqə barədə ətraflı məlumat verib. Mayın 26-dan iyulun 1-dək davam edəcək müsabiqədə qəzetlərlə yanaşı, televiziyaların, informasiya agentliklərinin və xəbər saytlarının da iştirak edəcəyini deyən Vüqar Səfərli I yer üçün 1 KİV olmaqla 30 000, II yer üçün 2 KİV olmaqla 15 000, III yer üçün 2 KİV olmaqla 10 000 manat məbləğində mükafatın nəzərdə tutulduğunu bildirib. Müzakirələr zamanı bu fikir də xüsusi qeyd olunub ki, müsabiqə I Avropa Oyunlarının KİV-də daha geniş və operativ şəkildə işıqlandırılmasını təmin etməklə yanaşı, jurnalistlərin yaradıcı əməyini stimullaşdıracaq. Müzakirələrin sonunda müsabiqə qaydaları yekdilliklə qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info