“Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib”
Tarix: 26.05.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib: “Hörmətli Prezident, əziz qardaşım, qardaş Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyirik. Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib. Ölkələrimiz arasındakı ortaq dəyərlərdən güc alan bənzərsiz əlaqələrimizi “Bir millət, iki dövlət” prinsipi əsasında ən yüksək səviyyəyə çatdırmışıq. Əməkdaşlığımızın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələrimizi bütün sahələrdə daha da gücləndirir. Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq. Əlaqələrimizin xüsusi xarakterinin göstəricisi kimi tez-tez həyata keçirdiyimiz qarşılıqlı səfərlərin və görüşlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün səviyyələrdə inkişaf etməsinə və dərinləşməsinə öz töhfəsini verəcəyi bir həqiqətdir. Bu baxımdan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı füsunkar ölkənizi bir daha ziyarət edəcəyimdən məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edib Zati-alinizə, əziz qardaşıma cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı, rifahı naminə ən gözəl arzularımı bir daha dilə gətirirəm”.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info