Virciniyada 28 may tarixi Azərbaycan Milli Günü elan edildi
Tarix: 26.05.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Virciniya Ştatı qubernatoru Terense MakAulif Azərbaycanın milli bayramı olan Respublika Günü ilə bağlı rəsmi Bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan etmişdir. Bu barədə Azərbaycanın ABŞ-da olan səfirliyindən məlumat veriblər.
Sənəddə, 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının türk və müsəlman dünyasının ilk demokratik respublikası kimi tarixə düşdüyü, və bütün vətəndaşlarına bərabər hüquq vermiş ilk dövlətlərdən biri olduğu, bu ölkənin həmin dövrdə dünyanın bir çox demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.
Ölkəmiz ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq xarakterli münasibətlər qeyd olunur, Azərbaycan Milli Gününün Virciniyada yaşayan Azərbaycanlı icmasının bu ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info