Marina Nekrasova:“Avropa Oyunları məni idmana qaytaran məqsəddir”
Tarix: 26.05.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Bakıda keçiriləcək tədbirdə 16-sı Olimpiya və 4-ü qeyri-Olimpiya olmaqla ümumilikdə idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı 17 yarış günü ərzində ölkələrini təmsil edəcəklər.
Oyunlarda gimnastikanın digər növləri ilə yanaşı, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda idmanın bu növü yaxın keçmişdə - 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlanıb. Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenalarda təmsil edən ilk gimnastlardır.
Birinci Avropa Oyunlarında ölkəmizin şərəfini qoruyacaq M.Nekrasova gimnastikaya gəlişi, ümumiyyətlə idman karyerası barədə sualları cavablandırıb.
- Zəhmət olmasa, gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz idmanın bu növünü seçdiniz?
- Bu, çoxdan olub, 3-5 yaşım olanda valideynlərim məni gimnastikaya gətirdi. Həmin yaşda mən çox şeyi seçə bilmirdim. Ona görə də bu valideynlərimin seçimi idi. İllər ötdükcə idmanın bu növünün necə gözəl və qeyri-adi olduğunu anladım.
- Necə düşünürsünüz, idmanın başqa sahələrində uğur qazana bilərdinizmi?
- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.
- Yarış günü hisslərinizlə necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Yarış meydançasına həyəcanımı çıxarmamağı çalışıram. Hisslərimlə evdə mübarizə aparıram.
- Fikrinizcə, idmanda vacib olan nədir?
- Ən əsası, öz idman növünə qarşı istəkli, əzmli və səbrli olmaqdır.
- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?
- Əlbəttə, idman növündən çox şey asılıdır. Ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdır.
- İdmanda kumiriniz varmı?
- Heç kimi xüsusi qeyd etmirəm, amma hörmət etdiyim çox idmançı var.
- Yaxın gələcək üçün idman planlarınızdan bir az danışın.
- Yaxın gələcək üçün planlarım dünya kuboku və Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm.
- Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?
- Birinci Avropa Oyunları məni idmana qaytaran məqsəddir. Onlar mənim üçün böyük məsuliyyət olacaq, ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm.
- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
- Mənim arzum, Olimpiya Oyunlarına düşməkdir.
- İdmanla gündəlik həyatınızı birləşdirə bilərsinizmi?
- Mənə elə gəlir ki, bu, məndə alınır. İstək olduqda hər şey mümkündür.
- Ailəniz haqda bir az danışın.
- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar və hər gün dəstəkləyirlər.
- Sevdiyiniz şəxs varmı?
- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa hamı ondan xəbər tutur.
- Adətən azarkeşləriniz tribunalardan sizi necə dəstəkləyirlər?
- Adətən yarışlarda diqqətimi çıxışıma yönəldirəm. Azarkeşlər nə qışqırdıqlarını özləri bilirlər.
- Siz onlardan nə eşitmək istərdiniz?
- Dəstəklədiklərinə görə çox sağ olsunlar. Azarkeşlərsiz yüksək əhval-ruhiyyə yaranmır. Azarkeşlər mənim çıxışımın bir hissəsidir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info