“İdman sınaqları silsiləsi Oyunlara ev sahibliyi etməyə hazır olduğumuzu təsdiqləyib”
Tarix: 26.05.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunları voleybol və 3x3 basketbol üzrə uğurlu idman sınaqlarını yerinə yetirməklə açılış mərasimində təmsil olunacaq 20 növünün hamısı üzrə hazırlıq proqramının icrasını başa çatdırıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “İdman sınaqları silsiləsinin hazırlıq tədbirlərimizlə birlikdə uğurla başa çatdırılması bizi Oyunların iyunun 12-də təşkil olunacaq başlanğıcına bir addım da yaxınlaşdırır. Birinci Avropa Oyunlarının həyata keçirilməsi BEGOC və bizim Azərbaycan Hökumətindəki tərəfdaşlarımız üçün böyük nailiyyətdir. Bu Oyunlar özündə şəhər miqyaslı hazırlıq işlərini ehtiva edir. Lakin biz həmişə əsas diqqətimizi idmançıların təəssüratlarına yönəldirik. Sınaq tədbirlərimiz bizə imkan verdi ki, “planlaşdır, həyata keçir, icra et, yoxla və təkmilləşdir” nəzəriyyəsi əsasında çıxarılan bəzi mühüm nəticələri öyrənək. Hazırda həmin biliklər nəticəsində Oyunları uğurla həyata keçirmək üçün daha yaxşı mövqeyə malikik. Qəti surətdə əminəm ki, möhtəşəm idman yarışları uğurlu idman tədbirlərinin əsasını təşkil edir. Biz “Bakı-2015” Oyunlarında avropalı idmançıların daim yadda qalacaq çıxışlar nümayiş etdirmələri üçün şərait yaratmaq məqsədilə əlimizdən gələni əsirgəmədik”.
İdman sınaqları Oyunların hazırlığını təmin etmək üçün nəzərdə tutulan tədbirlərdir. Sınaq tədbirləri isə özlüyündə daha geniş çeşiddə funksional istiqamətləri ehtiva edən əlahiddə yarışlardır.
BEGOC-un idman üzrə direktoru Pirs Okallaqan bunu izah edərək deyib: “İdman sınaqları silsiləsi Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiqləyib. “Bakı-2015”in bütün idman növləri üzrə yarış iştirakçılarının uğurlu şəkildə çıxış etmələri üçün bütün məsələlərin həll olunmasını təmin edib. İdman sınaqları bizim həyata keçirdiyimiz altı əsas sınaq tədbirini tamamlayıb. Bunun sayəsində biz Oyunlar müddətində funksional istiqamətlərin bütün növləri üzrə əməliyyatları sınaqdan keçirə bildik. Əsas idman obyektlərində sınaq tədbirlərini tam idman sınaqları silsiləsi ilə birləşdirməklə, öz əməli hazırlığımızı ən sərfəli qaydada və tam həcmdə yoxladıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info