“Bizim qaz olmasa, “Cənub qaz dəhlizi” də olmayacaq”
Tarix: 26.05.2015 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycan “Cənub qaz dəhlizi” layihəsində aparıcı rol oynayır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində deyib.
E.Məmmədyarov bildirib ki, Azərbaycan bu layihədə ona görə aparıcı rol oynayır ki, bizim qaz olmasa, layihə də olmayacaq.
Nazir qeyd edib ki, danışıqlar zamanı ötən həftə Riqada başa çatan Aİ “Şərq tərəfdaşlığı” Proqramı Sammitinin nəticələri müzakirə edilib: “Riqa Sammitində “Şərq tərəfdaşlığı” ölkələri üç qrupa ayrılıb. Birinci qrup ölkələri – Ukrayna, Gürcüstan və Moldova - Aİ ilə qarşılıqlı əlaqələrini azad ticarət üzrə saziş də daxil olmaqla, assosiativ saziş səviyyəsində müəyyənləşdirib. İkinci qrup ölkələr – Belarus, Ermənistan – Aİ ilə münasibətlərini Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində müəyyənləşdirib. Üçüncü qrup – Azərbaycan – Aİ ilə qarşılıqlı əlaqələrini ikitərəfli münasibətlər baxımından müəyyənləşdirib. Mən Riqada oldum və istədiyimiz strateji tərəfdaşlıqla bağlı razılıq layihəsini təqdim etdim”.
E.Məmmədyarov qeyd edib ki, 45 milyard dollar dəyərində olan layihə Avropa Komissiyasının müzakirə etdiyi ən böyük layihədir.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info