“Münaqişələrin həlli o dərəcədə vacib məsələdir ki, onu generallara etibar etmək olmaz”
Tarix: 26.05.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun arasında keçirilən görüşün əsas mövzusu Rusiyanın "Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək" arzusu olub.
Bu barədə xarici işlər naziri E.Məmmədyarov Rusiyanın "Rossiya 24" telekanalına verdiyi müsahibəsində deyib.
Nazir qeyd edib ki, Rusiya ilə olan strateji əməkdaşlıq çoxtərəfli olaraq iqtisadi, siyasi və humanitar məsələləri özündə əks etdirir.
E.Məmmədyarovun sözlərinə görə, Rusiyalı həmkarı ilə danışıqlardan sonra iki ölkə arasında növbəti iki il üçün əməkdaşlıq və konsultasiya haqqında sənəd imzalanıb: "Ən əsası odur ki, strateji əməkdaşlıq nəinki mərkəzi qurumlarda, həm də regionlarla da münasibətdə əksini tapır. Rusiya və Azərbaycan regionları arasında yaxşı münasibət var".
Görüş zamanı S.Lavrovun Ukraynadakı münaqişə ilə bağlı məlumat verməsi də qeyd olunub.
"Münaqişələrin həlli o dərəcədə vacib məsələdir ki, onu generallara etibar etmək olmaz. Burada diplomatiya öz sözünü deməlidir, - deyə E.Məmmədyarov bildirib.
Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlığına daxil olub-olmayacağı barədə danışarkən nazir qeyd edib ki, Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlara uyğun olaraq qurur: "Bu da öz növbəsində ölkənin iqtisadi, siyasi, humanitar inkişafını və müstəqilliyini möhkəmləndirir".
Xarici işlər naziri qeyd edib ki, Avrasiya iqtisadi əməkdaşlığında Gömrük İttifaqı böyük rol oynayır, lakin Ermənistan tərəfindən işğal olunmuş torpaqlar probleminin hələ də qalması Azərbaycanın Gömrük İttifaqında olmasına imkan vermir. Lakin E.Məmmədyarov Ermənistan qoşunlarının arxaya çəkildiyində, vəziyyətin normallaşdığı, sərhədlərin açıldığı təqdirdə, Azərbaycanın İttifaqda iştirakının mümkün olduğunu deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info