Lerikdə bələdiyyələrin ekoloji maarifləndirilməsi ilə bağlı seminar keçirilib
Tarix: 26.05.2015 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən «Ətraf mühitin məişət tullantılarından təmizlənməsi məqsədi ilə yerli bələdiyyələrin üzv və qulluqçuları arasında maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir. İctimai Birlikdən verilən məlıumatda qeyd olunur ki, aprelin əvvəlindən icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik və Masallı rayonlarının 30-dan artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Layinənin birinci mərhələsi Lerik rayonunda icra olunub. Rayonun ən ucqar bölgəsində -Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 10 km məsafədə yerləşən Cəngəmiran kənd bələdiyyəsində, eləcə də rayon mərkəzindən 20 km məsafədə yerləşən Bibiyani və Vizəzəmin kənd bələdiyyələrində təşkil olunan seminarlar bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən maraqla dinlənilib. Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, elzcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev ətraf mühitin məşət tullantılarından təmizlənməsi, meşələrimizin mühafizəsi, ekoloji tarazlığın bərpasında yerli bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər. Bildirilib ki, Lerik rayonunun ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir.Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, cənub bölgəsinin florasının inciləri sayılırlar.Lerik meşələrində həmçinin çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı ölkəmizin zəngin təbiət müzeyi hesab olunur. Lakin , təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin,eləcə də yol kənarlarının və çay hövzələrinin məişət tullantıları ilə çirkləndirmələri rayonun ekoloji mühitinə öz mənfi təsirini göstərir.Rayonda müxtəlif infeksiya xəstəliklərinin yaranmasına səbəb olur. Zibil yeşiklərinin azlığı ucbatından əhalinin məişət tullartılarını hara gəldi atmasının məqsədəuyğun olmaması, bununla bağlı qanunvericilikdə cərimələrin tətbiqinin nəzərdə tutlması diqqətə çatdırılıb. Rayonun kəndlərinin zibil yeşikləri ilə təmin olunması üçün bələdiyyələrin müvafiq təşkilatlar qarşısında məsələ qaldırmalarının zəruriliyi bildirilib. Çıxışlarda həmçinin, meşələrin insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəsisə» olduğu da qeyd olunub və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. İB-dən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində Masallı rayonunun kənd bələdiyyələrində də analoji seminarların keçirilməsi planlaşdırılır.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info