SOCAR: “Cənub Qaz Dəhlizi” siyasi yox, ciddi kommersiya layihəsidir
Tarix: 26.05.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


“Cənub Qaz Dəhlizi” bütövlükdə siyasi yox, ciddi kommersiya layihəsidir”.
Bunu “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O bildirib ki, Azərbaycan bu layihəni beynəlxalq tərəfdaşları ilə birgə reallaşdırır: “Siz bu xəritədə Asiya və Avropa, dünyanın qərb və Oriental adlandırdığımız hissəsindən olan müvafiq şirkətləri görə bilərsiniz. Eləcə də, bu layihədə həmçinin “Şahdəniz-2” layihəsinin səhmdarlarından olan Rusiyanın “LUKoil” şirkəti, İranın NİKO şirkəti, Britaniyanın BP şirkəti, Malayziyanın Petronas şirkəti və Türkiyənin TPAO şirkəti iştirak edir. Avropalı alıcılara gəlincə, onların arasında “Shell”, “Qaz de Frans”, İspaniya təbii qaz, İtaliyanın ENEL və “Hera” şirkətləri üstünlük təşkil edir.
SOCAR rəsmisi qeyd edib ki, layihənin reallaşdırılmasında “reklam rol oynamır, işlər biznesin prinsipinə əsaslanır”.
“Layihənin reallaşdırılmasında inam olmasaydı, ona 45 milyard dollarlıq sərmayə yatırılmazdı. “Şahdəniz-2” mərhələsində qaz hasilatı üçün sonuncu tarix kimi 2018-ci il götürülüb. 2018-ci ildə mavi yanacaq Türkiyəyə, Əskişəhərə çatacaq. 2020-ci ilin əvvəlində bizim müştərilərimiz Yunanıstan, Bolqarıstan və İtaliya “Şahdəniz” yatağından hasil olunacaq qazı almağa başlayacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info