F.Məmmədov: “70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”
Tarix: 26.05.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“Ötən on il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”. Bu barədə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. F.Məmmədov qeyd edib ki, həmçinin dövlətimizin başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanaraq, Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb: “Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəxslərdən təmizlənməsi onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilib. Çoxmərhələli imtahan və müsahibələrdən, habelə uzunmüddətli kurs və təcrübədən ibarət olan seçim proseduru müstəqil qurum - Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir”. F.Məmmədov bildirib ki, Komitə üzvlərinin yarıdan çoxunun yüksək məhkəmələrin hakimi olması, habelə Şuranın Aparatının, prokurorluğun, Ədliyyə Nazirliyinin, vəkilliyin və hüquqşünas-alimin bu qurumda təmsil olunması peşəkar hakim seçimini şərtləndirib. Onun sözlərinə görə, imtahanlarda yüksək şəffaflıq və obyektivlik, o cümlədən prosesin bütün mərhələlərinin KİV nümayəndələrinin qarşısında keçirilməsi və internetdə canlı yayımlanması nüfuzlu beynəlxalq təsisatların da diqqətini cəlb edib: “Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), Avropa İttifaqının və digər beynəlxalq qurumların Azərbaycanda hakimliyə namizədlərin seçimini örnək kimi qiymətləndirməsi ölkəmizin böyük uğurudur. Bu qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilib. Faktiki olaraq, Ali Məhkəmə hakimlərinin sayı 2005-ci illə müqayisədə 50 faiz, apelyasiya instansiyası və Bakı şəhərinin rayon məhkəməsi hakimlərinin sayı isə iki dəfədən çox artırılıb. Hazırda hakim korpusunun 60 faizə qədərini, o cümlədən Bakı şəhəri üzrə 90 faizini yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər təşkil edir. CEPEJ, həmçinin ölkəmizdə məhkəmə sisteminin inkişafına və müasirləşdirilməsinə qoyulan sərmayələrə və qabaqcıl təcrübələrin tətbiqinə görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib. Görülən ardıcıl tədbirlərin və insanların etimadının nəticəsidir ki, məhkəmələrə daxil olan iddiaların sayı ilbəil, o cümlədən 2000-ci illə müqayisədə 10 dəfəyədək artıb. Təkcə 2014-cü ildə isə mülki xarakterli işlərin sayı 40 faiz artaraq 250 mini ötüb”. F.Məmmədov əlavə edib ki, ötən 10 il ərzində Şura tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində təşkili, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülüb, 100-dək iclasda 400-dən artıq təşkilati məsələyə baxılıb, hakimlərin təyinatı, iş yerinin dəyişdirilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar 1200-dək məsələ həllini tapıb: “İşini şəffaf prinsiplər əsasında quran Şuranın iclaslarına media təmsilçilərinin və ictimaiyyətin nümayəndələrinin dəvət olunması təcrübəsi yaradılıb”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info